Elxan Xəzə



Yüklə 0,88 Mb.
səhifə18/38
tarix04.01.2022
ölçüsü0,88 Mb.
#53331
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   38
16 oktyabr, 2013
ULDUZLU GÜNDÜZ

Hərbi ali məktəbləri bitirərək zabit olan gənclərimizə
Bu gün necə qürurlu, necə vüqarlısınız,

Baxanlar qibtə edir, həsəd aparır sizə.

Ən sərvətli, dövlətli, imkanlı, varlısınız –

Iki ulduz qonubdu sizin hər çiyninizə.


Qayğısız çağlarınız daha qalır kölgədə,

Igidlər sırasında siz də yer alırsınız.

Zabitdən gözəl peşə yoxdu bizim ölkədə;

Sevinin, şadlanın ki, siz zabit olursunuz.


Elə bil hədəf gəzir parlayan gözləriniz,

İşə başlayırsınız “vətən”, “xalq” deyə-deyə.

Eynidir məqsədiniz, arzunuz, sözləriniz,

Eşq olsun bu vəhdətə, eşq olsun bu birliyə.


Hər kəs bacardığıtək yaşaya bilməz daha,

“Kişilik məktəbi”ndə başlanır xidmətiniz.

Yalnız cəsarət ilə sarılsanız silaha,

Düşməndən qorunacaq yurdunuz, dövlətiniz.


Bu qalanın daşıdır zabit paltarı geyən,

Vətənin qalasında yer yoxdur yad daşlara.

Əlif, Ənvər, Şirintək yurda xidmət eləyən

Yazdıracaq adını tarixə, yaddaşlara.


Bilin, hərbi sənəti yalnız cəsurlar seçir,

Yaşayır, xidmət edir xalqına yana-yana.

Qarşımızdan o qədər ulduzlu oğlan keçir,

Geniş meydan bənzəyir ulduzlu asimana!


Yerişiniz nizamlı, duruşunuz möhtəşəm,

Düşmənin üstünə də belə nizamla gedin.

Bəsdir bizim milləti üzdü kədər, üzdü qəm,

İşğal altında qalmış elləri azad edin.


Millət sizə güvənib rahatca nəfəs alsın,

Gözəl əməllər ilə bəzəyin bu aləmi.

Möhkəm əllərinizdə bayrağınız ucalsın,

Nur saçsın ay-ulduzu ikinci günəş kimi.


Alışın ki, xalqımız od alsın odunuzdan,

Zabit adı daşıyan görər şöhrət də, şan da.

Heç zaman çıxarmayın bu günü yadınızdan,

Həmişə sadiq qalın içilən hərbi anda.




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin