Elxan Xəzə



Yüklə 0,88 Mb.
səhifə9/38
tarix04.01.2022
ölçüsü0,88 Mb.
#53331
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   38
15 iyul, 2007

BİZİM GÖZƏLLƏR
Şükür edib, barışar bəxti-qisməti ilə,

Ad-san, nüfuz qazanar işi, hörməti ilə.

Öz namusu, qeyrəti, təmiz isməti ilə,

Varlılardan varlıdır bu yurdun gözəlləri


Çətinliyə düşəndə qəmlənər, yasa batmaz!

Onu atan olmasa, doğma evini atmaz.

Var-dövlətləri, sərvəti sevgidən uca tutmaz,

Sadiq, etibarlıdır bu yurdun gözəlləri.


Çatar gözləməyədə dözümü, dəyanəti,

Keşik çəkər, qoruyar verilən əmanəti.

Bir şeyi bağışlamaz – sevgidə xəyanəti!

Məğrurdur, vüqarlıdır bu yurdun gözəlləri!



11 mart, 2009

HƏRARƏT
Yanmayan ocağın istisi olmaz,

Ocaq desələr də yüz yol adına.

Adamlar toplaşıb yanında qalmaz;

Adamlar yığılır onun oduna.


Günəş gətirməsə, bahar da gəlməz,

Qışın sultanlığı çox uzun çəkər.

Torpağa səpilən dən də göyərməz

Yerin hərarəti olmasa əgər.


İstidən əriyib möhkəm dəmir də

İnsanın hökmüylə qəlibə dolar.

Yanmaq elə şeydir, qara kömür də

Ocaqda közərib ağappaq olar!


Canda od daşıyar yaşayan insan,

O odla uyuyar, odla oyanar.

Bədən hərarətini itirən zaman,

Həyat başa çatar, ömür dayanar.


Yanan dözməlidir tüstüyə, hisə–

Yanan çətinlikdə geri çəkilməz.

Ürəkdən, könüldən od götürməsə,

Qan bütün bədəndə dövr edə bilməz.


Məhsuldar olmayır sərin, kölgə,

Yer dəni günəşli yerdə bitirir.

İnsan doğulanda özüylə birgə,

İstilik, hərarət, od da gətirir.


Yanıb-alışmaqdan çəkinmə qəti,

Odu ram eyləyən insan əlidir.

Hər kəs qəlbindəki o hərarəti,

Məşələ, alova çevirməlidir.


Odunu artırıb ölməzlik qazan,

Hamı günlərni sayıb gedəcək.

Dünyaya hərarət gətirən insan,

Onu da dünyada qoyub gedəcək.




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin