Elxan Xəzə



Yüklə 0,88 Mb.
səhifə17/38
tarix04.01.2022
ölçüsü0,88 Mb.
#53331
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   38
10 avqust, 2013
OĞULLAR HƏMİŞƏ ƏSGƏRDİ
Müddətli hərbi xidmətini

uğurla başa vuraraq evə dönən

Ayxan Məmmədova
Əsgəri xidmətini şərəflə vurub başa,

Qayıdıb qoşulursan yenə dosta, yoldaşa.

Səni görməyə gəlib xətrini istəyənlər,

“Əsgər bütün millətin övladıdır!”-deyənlər.

Ata-anan qürurla qarşımızda dolanır,

Bu gün onlar özünü hamıdan xoşbəxt sanır.

Qardaşının sevinci sığmayır yerə - göyə,

Qardaşı sağ-salamat xidmətdən dönüb deyə!

Xoş kəlmələr, təbriklər ələnir üstünüzə,

Məclisə toplaşanlar həsəd aparır sizə.

Keçmiş döyüşçü kimi, sənə tutub üzümü,

Mən də böyük həvəslə söyləyirəm sözümü:

“Yaradana şükür ki, xidmətin sona yetdi,

Amma sən elə bilmə hər şey bununla bitdi,

Öz əsgər paltarını qoru, saxla həmişə,

Qoyma onun üstünə toz qona, ləkə düşə.

Lazım olan məqamda geyinib bu paltarı,

Yürüşə çıxmalısan döyüş yerinə sarı,

Çünki bütün oğullar həmişə əsgərdilər.

Bu Vətənə, bu yurda bir qalxan, sıpərdrlər.

Fəqət hamı istəyir, el görməsin dərd, bəla;

Bir də geyməyəsiniz əsgər paltarı, bala!”



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin