15 iyul, 2009
ÜNVANLI
MİSRALAR
Ömür yoldaşınla keçir hər çağın,
Hələ tərtəmizdir evin, yatağın.
Nur saçan çırağın, yanar ocağın
sönəndə deyərsən mən qocalmışam!
AZADLIĞI QORUYAQ
“Ərəb baharı”ndan ruhlanaraq
biz də mübarizə meydanlarına
atılmalıyıq”, – deyən bir tələbəyə.
Sən nələr danışırsan baxmadan sağa-sola?
Elə bil bu dövləti biz deyil, sən qurmusan.
Güya ölkədə çoxu düşübdür yalnış yola,
Yalnız sən ədalətin keşiyində durmusan.
Hər şeyin ola-ola daha nə istəyirsən?
Axı nəyin çatışmır bu gözəl , azad eldə?
Düşmən dediyi sözü öz sözüntək deyirsən –
Bir yolluq danışsana elə xarici dildə.
Bu millət illər boyu döyüşdə qanlar töküb,
Müstəqillik qazanıb, çatıb azadlığına.
Yol gedən ayağından, vuran qolundan çəkib
Nə üçün səddə dönüb, mane olursan ona?
Getdiyimiz bu yoldan niyə dönək biz geri,
Qarşıda görünürsə işiqli, aydın sabah?!
“Ərəb baharı” kimi neçə hadisələri
Millətimiz yaşayıb neçə il bundan qabaq.
Bir vaz cəbhəni qoyub, meydanlara çıxanlar
Hər sözünün başında “haqq”, “ədalət” deyirdi.
Bu el də, bu diyarda axırdı nahaq qanlar,
Öz silləmiz, gülləmiz özümüzə dəydi.
Kim gətirib verəcək bizə, dövləti-varı?
Xalqlar öz sərvətini ya yaradıb, ya alıb.
Sənin təriflədiyin qanlı “Ərəb baharı”
Gör ərəbin özünü indi nə hala salıb!
Liviyada, Tunisdə qasırğa, tufan əsir,
Zəngin yer, olanlar çörək, dərman gəzirlər.
Dağıdılır, talanır dünya gözəli Misir,
Silahlilar milləti qarışqatək əzirlər.
Düşüb odlar içində yanır Suriya, İraq –
Barışmaz düşmən olub orda qardaş-qardaşa.
Harada ki, nadanlar alır əlinə yaraq,
Meydanda yer verilmir daha ağıllı başa.
Tükənibdir qüvvəsi, günü olubdur qara,
Yaddan imdad diləyir Yəmən, Livan, Fələstin.
Bunları görə-görə atılsan meydanlara
Az sonra biləcəksən: Səhv elədin, tələsdin!
Hələ nə görmüsən ki, çox gəncsən, çox cavan,
Siyasət aləmində həm təzəsən, həm naşı.
Bil ki seçmək, ayırmaq həmişə olmur asan
Çox vaxt düzgün seçməyir adam dostu, yoldaşı.
Nə olsun yanar ocaq istilik mənbəyidir,
Yaş ağac yandıranda hər tərəf tüstü olur.
Təbiyyətin özü də hərdən şıltaqlıq edir,
Ilin yaz fəsli soyuq, qış fəsli isti olur.
Hələ təzəcə çıxmısan zirvəyə gedən yola,
Yarı yolda dayanıb, daha aşağı enmə.
Deməyə, söyləməyə öz sözün ola-ola,
Yadları yamsılayan tutuquşuya dönmə!
Nədən məyus olmusan, niyə qaralıb qanın?
Nələr qayğılandırıb səni narahat edir.
Dövlətin hesabına təhsil alan insanın,
Dövlətdən narazılıq etməsi faciəsidir.
Vallah, çox yaxşı gedir bu ölkədə hər bir iş,
Hər gün min çətinliyə xalqımız gərir sinə.
Çırmalayıb qolunu sən də bir işə giriş,
Öz gücünü sərf elə yurdun tərəqqisinə.
Onsuzda az deyildir xarici düşmənimiz,
Azadlıq yollarında nələr görmədik, nələr?!
Atılıb meydanlara vaxtı itirməyən biz,
Millətə gərək deyil daxili çəkişmələr.
Qəlbimizdə sevinc yox, kin ağacı bitirsək
Biz yenidən salarıq özümüzü çətinə.
Boş, mənasız işlərlə vaxtımızı itirsək,
Cavab verə bilmərik zamanın sürətinə.
Ağlı, gücü olanlar gedir üzü yuxarı,
Aldananlar yarıda dayanır, qalır geri.
Bil, yağılar pay etdi ərəbə o “baharı”
Etdi ki, dirçəlməyə müsəlman ölkələri.
Biz aldanıb düşməyək düşmənin tələsinə,
Gedək öz yolumuzu cəsarətlə, inadla.
Yoxsa hər şey dağılar, işlər dönər tərsinə,
Qartal da uça bilməz, yaralanmış qanadla.
Səadəti, sevinci gəl birlikdə arayaq,
Elə edək sönməsin alışıb yanan ocaq.
Əvəzsiz nemət olan azadlığı qoruyaq,
Dövləti olan xalqın hər bir şeyi olacaq!
Dostları ilə paylaş: |