Elxan Xəzə



Yüklə 0,88 Mb.
səhifə23/38
tarix04.01.2022
ölçüsü0,88 Mb.
#53331
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   38
01 sentyabr, 2013

ZƏRİF DUYĞULAR


Müasir gəncliyimizin dəyərli nümayən­dələrin­dən olan Vüqarla Gülnarənin ailə həyatı qurması münasibətilə

Novruza düşüb bu toy,

Toy bayrama qarışır.

Gözəllər bəzənməkdə

Bahar ilə yarışır.

Neçə - neçə küsülü

Gəlib burda barışır.

Sevincindən pay verib,

Salır yaddaşlara iz

Bu gün iki gəncimiz!


Daha iki insanın

Eyniləşir əməli;

Yurdumuzda qoyulur

Bir ailənin təməli.

Birlik istəyənlərin

Sayı artır, deməli.

Çağırıblar bu ana

Şahidlik eyləyək biz

Bu gün iki gəncimiz!
Odlu, sulu, küləkli

Çərşənbələr ötübdür.

Torpaq açıb köksünü,

Bənövşələr bitibdir.

Onlar belə məqamda

İstəyinə yetibdir.

Heç zaman yollarında

Qoy görməsin duman, sis,

Qovuşan gənclərimiz!

16 mart, 2013
SINAQ ÇAĞI
Qalibə

Tək sevincə alışma sən,

Ömrün ürək sıxmağı var,

Günəş baxan asimandan

Qar-yağışın yağmağı var.
Hər şey olmur öz donunda;

Gizlədilir qılınc qında.

Taleyinin səmasında

Şimşəklərin çaxmağı var!


Hər adamı doğma bilib,

Nə ev göstər, nə də ki cib.

Çoxlarının üzdə gülüb,

Arxada ev yıxmağı var.


Kim həyatı asan sanıb

Tez büdrəyib, tez dayanıb.

Bu yolların haçalanıb

Dağa-daşa çıxmağı var.


Çoxu bulaq deyib çaya,

Qane olmur düşən paya.

Hər adamın bu dünyaya

Öz gözülə baxmağı var.


Nəbzini tut bu zamanın,

Zərbələrə dözsün canın.

Unutma ki, yıxılanın

Ayağa da qalxmağı var!



15 iyul, 2012

ЦРЯЙИМ



Достум Илгар Мяммядова
Чохдур чатмадыьым арзулар щяля,

Тез йаныб, тез сюнцб дюнмяйяк кцля.

Мяни бярк айагда тяк гойуб беля,

Сыьынма буъаьа, кцнъя, цряйим,

Мятин ол, ей зяриф, инъя цряйим!
Щяйатын, талейин чох сынаьы вар,

Кечир имтащандан щяр эцн адамлар.

Нийя эен дцнйамыз сяня эялир дар?

Бу бир щагсызлыгды мянъя, цряйим,

Эцълц ол, ей кювряк, инъя цряйим!

Мян эедя билмярям салынмыш изля,

Тязя йол эязирям – цмидля эюзля!

Биз юз ниййятимиз, ямялимизля

Рущ веряк ъавана, эянъя, цряйим,

Мяьрур ол, ей щяссас, инъя цряйим!


Яэяр сечилибся йолларын дцзц,

Нийя узаг сяфяр горхутсун бизи?!

Битмямиш, йарымчыг ишляримизи

Баша вурмалыйыг юнъя, цряйим,

Ъясур ол, ей няъиб, инъя цряйим!
Гойма дамарларын гурусун ганы,

Инди гиймятлидир юмрцн щяр аны.

Гуруб-йаратмагчцн верилмиш ъаны

Мян гойа билмярям динъя, цряйим,

Мющкям ол, ей щялим, инъя цряйим!

25 iyun, 2009


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin