Daim dalğalansin bu bayraq deyə,
Sən də keçiyində dayanmalısan.
Məqamı gələndə “el” deyə-deyə,
Onun al rənginə boyanmalısan.
Bütün bunlara nail olamaq üçün isə həyatımızda mövcud olan qüsurları da aradan qaldırmaq vacibdir. Kitabda verilən “Zəhərli adam”, “Şəxsi məzar”, “Dolamayan boşluqlar”, “Acı həqiqət”, “Dövrün qayğıları”, “Vaxtı öldürənlər” və başqa yazılar məhz bu məqsədə xidmət edir.
Yadı yamsılayıb yadlaşan kəsin
Fikri, düşüncəsi milli olarmı?
Biz qırıb meşəni, ağac əkirik –
Bu ağac kölgəli, güllü olarmı?
Elxan Xəzərdəki fikir genişliyi, zəngin söz ehtiyatı ona böyük həcmli əsərlər yazmaq imkanı yaradır. Bu kitabında da şair üç poemasını oxucuların müzakirəsinə verir. “Səadətin təməli” Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı uzunmüddətli mübarizəni, “Əzəmət” ilk sərhədçi generalımız Mustafa Nəsirovun nəsillərə örnək ola biləcək həyat və fəaliyyətinin əks etdirir. “Tək qalmış ana” poemasında isə üç övlad böyüdərək, onalara tərbiyə və təhsil vermiş bir ananın baxımsızlıq nəticəsində düşdüyü ağır və dözülməz şəraitdən söhbət açılır. Şübhə yoxdur ki, bu təsirli əsəri oxuyan hər kəs ilk növbədə öz ata-anasını, ağsaqqal və ağbirçəklərini, yataq vəziyyətində olan yaxınlarını, ümumiyyətlə, imkansız şəxsləri yada salacaq onlara qayğı və diqqət göstərmək haqqında düşünəcəkdir.
Düşünürəm ki, ömrümün ən məhsuldar dövrünü yaşayan Elxan Xəzərin oxucularla bu görüşü də uğurlu alınacaq. Onun yaradıcılığını sevən, dəyərləndirən inasanlarla yeni görüşlər isə şairi daha dəyərli əsərlər yazamağa ruhlandıracaq.
Əsərlərinin daha çox vətənpərvərlik mövzusunda yazıldığını və müəllifin mütəmadi olaraq hərbi qulluqçularla görüşüb, onların mənəvi-psixoloji hazırlığına yardım göstərdiyini nəzərə alaraq biz də Elxan Xəzərin bu ktabını nəşriyyatımızın vəsaiti hesabına çap etdirmək qərarına gəldik. Yəqin ki, xeyirxah soydaşlarımız arasında da belə addım atanlar tapılacaq.
Nadir Məmmədli
Filologiya elmləri doktoru, professor,
“Nurlan” nəşriyyat poliqrafiya müəssəsinin direktoru
Dostları ilə paylaş: |