Elxan Xəzə



Yüklə 0,88 Mb.
səhifə8/38
tarix04.01.2022
ölçüsü0,88 Mb.
#53331
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   38
16 iyun, 2010


ƏQİDƏLİ ADAMLAR
Onları fikrindən döndərmək olmaz,

Onların öz ağlı, düşüncəsi var.

Hər işin dalınca göndərmək olmaz,

Çoxdan öz yolunu seçibdir onlar.


Bir yana haqqı qoy, bir yana varı–

Tərəddüd etmədən haqqı seçərlər.

Çəksən vəzifəyə, kürsüyə sarı

Çevrilib baxmadan ötüb keçərlər.


Əgər işə salsan şirin dilini,

Yenə olmayacaq bir nəticəsi.

Onlar eyləyəcək öz bildiyini,

Vecinə almadan heç vaxt, heç kəsi.

Çox çəkər sınağa zaman onları,

Alar başlarının üstünü sazaq.

Keçər zindanlardan ömür yolları,

Namərd körpüsündən keçməzlər ancaq.


Onlar tuta bilər əlində əsa,

Hər əldən yapışmaz olanda halsız.

Ac-susuz qalarlar ehtiyac olsa,

Bir gün yaşamazlar məslək, amalsız.


Hörmət etsələr də ağsaqqallara,

Qaçarlar onların məsləhətindən.

Canına yüz yerdən vursan da yara

Heç biri əl çəkməz öz niyyətindən.


Bir yolla gedərlər axıra kimi,

Bu yol olmasa da, çox vaxt düz, hamar.

Küləklə işləyən fırfıra kimi

Dönüb hər tərəfə fırlanmaz onlar.


Yalnış yol seçən də olar arada;

Onlar mələk deyil, adi adamdır.

Fəqət bu qarışıq, gidi dünyada,

Onlar insan kimi bütövdür, tamdır! 23 avqust, 2007



ANA BULAQ
Yenə önündəyəm, ay Ana bulaq,

Yerdən mənim üçün çıxırsan indi.

Bir zaman qarşında növbə olardı –

Sahibsiz çöllərə axırsan indi.


Kənddə həyətə qoyulub kran,

Kimdir sudan ötru səhər tez duran?!

Azalıb baş çəkib, halını soran

Həsrətlə yollara baxırsan indi.


Gəl at bir tərəfə qüssəni, qəmi,

Mənimlə pıçıldaş əvvəlki kimi.

Bil ki, sənə bağlı həssas qəlbimi

Yamanca yandırıb-yaxırsan indi.


Yanında tikanlar, otlar yer alıb.

Darıxan söyüdlər xəyala dalıb.

Elə bil suyun da artıb, çoxalıb

Yoxsa göz yaşını sıxırsan indi?


Sən ana bulaqsan – el bilir bunu.

Xidmətdə durmusan illər uzunu.

Bəlkə atmaq üçün yorğunluğunu

Dincəlir, güc-qüvvə yığırsan indi?




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin