Əlyazma hüququnda Məlikrzayev A.Ə. Biznes-reinjinirinqin inkişaf istiqamətləri



Yüklə 1,45 Mb.
səhifə15/31
tarix05.01.2022
ölçüsü1,45 Mb.
#111694
1   ...   11   12   13   14   15   16   17   18   ...   31
Cядвял 2.4.

Азярбайcан Республикасында сащя мянсубиййяти

вя ишчилярин сайына эюря мцяссисялярин тяснифаты

С.с


Сащя мянсубиййятиня эюря мцяссисялярин нювляри

Ишчилярин сайына эюря груплашдырма (няфярля)

Кичик

Орта

Ири

1.

Сянайе

50

51-300

300-дян чох

2.

Няглиййат

15

16-70

75-дян чох

3.

Тикинти

25

26-150

150-дян чох

4.

Тиcарят

10

11-56

56-дан чох

5.

Хидмят сащяляри

10

11-50

50-дян чох

Cядвялин мялуматларындан эюрцндцйц кими, кичик мцяссисяляр сащя мянсубиййятиня вя ишчилярин сайына эюря бир-бириндян фярглянирляр. Беля ки, сянайедя ишчилярин сайы 50 няфярядяк олан мцяссисяляр кичик мцяссися щесаб едилдийи щалда, хидмят сащясиндя вя тиcарятдя ишчилярин сайы 10 няфярядяк олан мцяссисяляр кичик категорийасына дахил едилир.

Biznes-sistem kimi müəssisələrin bazar mühitinə uyğunlaşdırılmasında ən mühüm məsələlərdən biri mükliyyətin formasının dəyişdirilməsidir. Uzun illər boyu yaradılmış dövlət mülkiyyəti formasına əsaslanan əmlakın, müəssisə və obyektlərin özəlləşdiriməsi məsələsi köklü bazar islahatlarını əhatə edən dövlət proqramların əsas tərkib hissəsi hesab edilmişdir. Respublika hökuməti tərəfindən özəlləşdirməyə ilk gündən iqtisadi inkişafın əsas vasitəsi kimi vahid dövlət siyasəti formasında yanaşılmış, bu sahədəki tədbirlər əlaqəli şəkildə həyata keçirilmişdir. Statistik məlumatlara görə 1995-2004-cü illər ərzində 28951 kiçik müəssisə özəlləşdirilmişdir. Bunun 1096-sı nəqliyyat vasitələri olsa da, özəlləşdirmə ölkə iqtisadiyyatının bütün sahələrini əhatə etmiş və azad bazar mühitinin formalaşmasına müsbət təsir göstərmişdir.

2004-cü ildə özəlləşdirilmiş 1954 kiçik müəssisənin 36,9%-i nəqliyyat vasitələrinin, 14,7%-i ticarət və ictimai iaşə məişət xidməti və kommunal təsərrüfatı müəssisələrinin payına düşmüşdür. İqtisadiyyatın aparıcı sahəsi olan sənayenin payına isə cəmi 1,7%, kənd təsərrüfatı müəssisələrinin payına isə 0,05% düşür.

Odur ki, fikrimizcə, gələcəkdə iqtisadiyyatın xüsusi əhəmiyyət kəsb edən müəssisələrinə özəlləşdirmək yolu ilə mütərəqqi texnologiya və avadanlıqlar cəlb edilməli, fəaliyyəti dayanmış müəssisələrin istehsal ahəngi bərpa edilməli, təsərrüfatın funksiyaları ilə məşğul olan iri və orta dövlət müəssisələrinin restrukturizasiyası, inhisarsızlaşdırılması və sağlamlaşdırılması sahəsində işlər həyata keçirilməlidir.

Qeyd edilənləri yekunlaşdırmaqla belə qənaətə gəlmək olar ki, respublikamızda həyata keçirilən iqtisadi islahatlar kiçik sahibkarlıq müəssisələri üçün əlverişli şərait yaratmışdır. Araşdırmalar göstərir ki, kiçik müəssisələr iqtisadiyyatda mühüm rol oynamaqla, onların sayca və keyfiyyətcə inkişaf etdirilməsi iqtisadi artımın davamlılığına, elmi-texniki tərəqqinin sürətlənməsinə, bazarın zəruri tələbatına uyğun gələn və keyfiyyətli mal və xidmətlərlə təchiz edilməsinə, əlavə iş yerlərinin yaradılmasına, rəqabətin güclənməsinə gətirib çıxarır.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin