Magistr dissertasiya işinin məqsədi və vəzifələri. Hazırkı dissertasiya işinin əsas məqsədini Müştəri Münasibətlərinin menecmentinin hazırkı şəraitdə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin biznes və kommersiya fəaliyyətinə təsirinin müəyyən edilməsidir. Bu məqsədlə əsasən “Azərsun Holdinq” şirkətinnin müştəri əlaqələri sisteminin idarə olunması məsələləri geniş tətlil olunmuşdur.
Qarşıya qoyulan məqsədə çatmaq üçün aşağıdakı vəzifələr qoyulmuşdur:
1. Müştərilərlə qarşılıqlı əlaqələrin idarə olunmasının əsas prinsipləri, tətbiq mərhələləri, nəticələri və iqtisadi mahiyyəti konkretləşdirilmiş, ümumiləşmiş və öyrənilmişdir.
2. “Azərsun” holdinqin fəaliyyətində xidmətlərin səviyyəsi, müştərilərlə əlaqə, müəssisənin qiymət və satış siyasəti ümumiləşmiş və təhlil edilmişdir.
3. Müştərilərlə qarşılıqlı əlaqələrin müasir texnologiyalardan, monitorinq alətlərindən istifadə edərək və idarə olunması istiqamətləri işlənmişdir.
Qarşıya qoyulmuş məsələlərin həlli, monoqrafik, məntiqi, iqtisadi statistik, sosioloji tədqiqat metodlarından istifadə etməklə yerinə yetirilmişdir.
Dostları ilə paylaş: |