Tədqiqat işinin informasiya bazası və işlənmə səviyyəsi. Bu sahədə yerli alimlərin əsərləri, dərslikləri azdır. Dissertasiya işinin yazılmasında daha cox xarici alimlərin əsərlərinə və uyğun dərsliklərə, tədqiqat işlərinə, təcrübi hissənin yazılmasında isə xarici və yerli firmaların faktiki göstəricilərinə istinad edilmişdir. Ümumiyyətlə, bu sahə nəinki Azərbaycanda, eləcə də dünyada yeni bir fəaliyyət sahəsi hesab olunur. Bundan başqa, daha cox internet resurslarına, statistik göstəricilərdən, Azərbaycanda fəaliyyət gostərən müxtəlif şirkətlərin hasabatlarından, ümumi fəaliyyət göstəricilərdən istifadə olunur.