Tədqiqatın informasiya bazası. Tədqiqat işinin nəzəri, metodoloji əsasını ölkəmizin və xarici ölkə alimlərinin əsərləri, problemlə bağlı mövcud ideya-nəzəriyyələr təşkil edir. Tədqiqatda informasiya bazasını Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, qanunlar, müvafiq dövlət qurumlarının hesabat sənədləri, Dövlət Neft Fondunun, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin və digər qurum və şirkətlərin rəsmi-elektron məlumat bazaları, həmşinin müxtəlif elmi jurnalların və dövri mətbuatın məlumatları təşkil edir.
Tədqiqatın elmi yeniliyi. Yeni yanaşma üsullarından istifadə etməklə milli iqtisadiyyatın inkişafında neft amili, neftdən səmərəli istifadənin dövlət mexanizminin hazırlanması, qeyri-neft sektorunun inkişafının əhəmiyyəti açıqlanmışdır. Dissertasiyanın elmi yeniliyi aşağıdakılardır:
Tədqiqatda ölkənin neft strategiyasının formalaşması amilləri və xüsusiyyətləri araşdırılmışdır;
Müstəqil Azərbaycanın neft strategiyası geniş tədqiq olunmuş və onun uğurları sistemləşdirilmişdir;
Neft gəlirlərindən səmərəli istifadə üsulları araşdırılmış və qeyri-neft sektorunun inkişafı, ixrac potensialı və s. məsələlər geniş şərh edilmişdir.
Dissertant:Aslanlı Orxan Nazim o.
Elmi rəhbər: i.e.n. dos. M.M.Sadıqov