3.3. Siluetdən və modanın istiqamətindən asılı olaraq yeni baza konstruksiyasının qurulması
Geyimin konstruksiyasını qurduqda əsas faktorlardan birisi onun texnolojiliyidir.Geyim konstruksiyasının texnolojiliyi dedikdə onu başa düşürük ki,yüksək əməək məhsuldarlığında və məhsulun maya dəyərinin aşağı salınmasında texnolojililik özünü göstərsin.Bu ondan ibarətdir ki,konstruksiya hazırlanarkən müasir şəraitdəki texnologiya ilə əlaqədar olaraq ilmələr tərtib edilsin və bütün müasir tipli modalara uyğunlaşdırılsın.Bundan başqa geyim konstruksiyasının texnolojiliyini aşağıdakılardan ibarətdir.
1.Konstruktiv və texnoloji nöqteyi-nəzərincə modellərin əsası.
2.Ülgülərin eyni tipı salmaq.
3.Ülgüləri vahid şəklə salmaq.
4.Konstruksiyasını təkmilləşdirmək.
Konstruktiv və texnoloji nəzərincə yeni model tərtib edildikdə,əvvəlki modellər əsas hesab edilir.Ona görə də modelin bir konstruksiyası üzərində müxtəlif və bir neçə modelin konstruksiyasını tərtib etmək olar.
Məmulatın konstruksiyası qurulan zaman ətək və kürək hissəsinin üst kəsiyinin qurulmasında dəqiqlik tələb olunur.Çünki məmulatın üst kəsiyi insan fiqurunun yuxarı hissəsində sərbəst oturur.Ona görə də ətəyin üst kəsiyini,kürəyin üst kəsiyi ilə əlaqələndirmə konstruksiyasının qurulması “balans”nöqtəsinin tapılması ilə başlanır.
Dostları ilə paylaş: |