Əlyazması hüququnda Bağırlı Nərmin Akif qızı



Yüklə 4,21 Mb.
səhifə36/46
tarix10.01.2022
ölçüsü4,21 Mb.
#106371
1   ...   32   33   34   35   36   37   38   39   ...   46
Şəkil 27. Sərbəst siluet

Geyimin yeni modeli üçün ülgü konstruksiyasını işlədikdə 3 variantdan istifadə edirdilər.Eyni tipli konstruksiyadan siluet əsasını dəyişmədən yeni modellərin işlənməsi aparılır.Bu variantda eyni tipli konstruksiyanın “qohum” modelləri üçün ülgülərinin konstruksiyasının işlənməsinə geniş yer verilir.Müxtəlif modellərə isə müəyyən dəyişikliklər verməklə,işləmək olar.Buna görə də yeni modelləri dəqiqləşdirmə prosesində müəyyən dəyişikliklər etməklə dəqiqləşdirilir.

Məsələn,döş qarsağının köçürülməsi yan tikişinin dəyişdirilməsi və s.

Yeni modalar üçün ülgülərinin konstruksiyası işləndikdə,siluet dəyişikliklər,yəni məmulatın bel xəttinə yapışma dərəcəsi,aşağı hissəsinin eniləşdirilməsi və s.hallar.Belə dəyişdirmələri yerinə yetirdikdə rəsmdən çertyoj üzərinə ölçüsüz olaraq köçürülür.Bunun sayəsində də ülgü hazırlanarkən diqqətlə yoxlanılır və təsdiq olunur.

Bir modelin əsasını konstruksiyada yeni məmulat hazırlanır ki,bu da gələcəkdə həmin modelin nümunəsi tikilərkən dövlət standartlarına əsasən yoxlanılıb dəqiqləşdirilməlidir.

Yeni modellərin ülgüləri hazırlandıqda aşağıdakı ardıcıllığa riayət etmək lazımdır.

1.Verilmiş modelin baza əsasının seçilməsi və modelin ətrafı öyrənilməsi.

2.Məmulatın təyinatına görə üz,astar və araqatı materiallar seçilir.Seçilmiş materialın fiziki,mexaniki xassələri,xarici görünüşünü və rəngi nəzərə alınmalıdır.

3.Nümunədən və ya rəsmdən bütün moda xüsusiyyətlərinin çertyoja dəqiq köçürülməsi.

4.Yeni modellərin ülgüləri qurularkən bütün rəsmdə olan elementlərin nəzərə alınması,yəni müəyyən qatlamaların,qatın,tikiş xəttinin,tikiş paylarınınvə s.

Yuxarıda deyilən bütün ardıcıllıqlar əsasında yeni modelin konstruksiyasını qurarkən,moda tam çəkilir.Mütənasib üzrə müəyyən olunmuş sahələrdən paralel-üfüqi xətlər keçirdilir və tərtib olunur.




Yüklə 4,21 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin