810M qrup magistrantı Bağırlı Nərmin Akif qızının
“Yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltonun bədii
layihələndirilməsində texnoloji ardıcıllığın tərtibi”
adlı magistr dissertasiyasının
REFERATI
Mövzunun aktuallığı. Respublikamız müstəqillik əldə etdikdən sonra ölkənin xalq təsərrüfatının qarşısında duran əsas tələblərdən biridə yerli xammallardan istifadə etməklə çoxişlənən malların istehlak və istehsalını yüksəltməkdən ibarətdir.
Tikiş sənayesinin əhəmiyyətli dərəcədə inkişaf etdirmək,yüksək keyfiyyətli məhsulun istehsalı və əmək məhsuldarlığının yüksəlməsini təmin etmək üçün istehsalatda texnoloji rejimlərin optimallaşdırılması vacibdir.Bununla əlaqədar olaraq da bu sahədə tətbiq olunan avadanlıqların səviyyəsinin yüksəldilməsi vacibdir.
Tikiş sənayesində çoxlu sayda müasir avtomatlar quraşdırılmışdır.
Yeniyetmə qızlar üçün olan xəz yaxalıqlı paltolara olan tələbat getdikcə artır və bu tələbat yüksək sürətli, keyfiyyətli məhsul istehsal edən geyim məmulatlarının yaranması üçün zəmin yaradır.
Artmaqda olan palto məmulatlarının istehsalı geyim və tikiş sənayesininin inkişafına böyük təkan verir.Elə bu baxımdan magistr dissertasiyasında aparılan tədqiqatlar aktuallıq kəsb edir.
Dostları ilə paylaş: |