Şəkil 1.1. Lizinq münasibətləri mexanizmi
Lizinq sövdələşməsi necə həyata keçirilir? Məsələn, istehsalat avadanlığına tələbatı olan sahibkar lizinq müqaviləsi əsasında bu avadanlığı əldə etməyin mümkünlüyü barədə sorğu ilə lizinq fırmasına müraciət edir. Lakin eyni zamanda, lizinq firmasının özü də bazarın xüsusi öyrənilməsi vasitəsi ilə potensial istehlakçını axtarır və onunla əlaqəyə girir. Lizinq firması sorğu aldıqdan sonra lizinq təkliflərinin işlənməsi mərhələsi başlanır. Lizinq firması lazım olan avadanlığın ehtimal olunan istehsalçılarının dairəsini müəyyənləşdirir və lizinq sövdələşməsinin mümkünlüyü barədə onlara sorğu göndərir. Eyni zamanda, firma potensial müştərini (sifarişçini) də, əsasən də onun lizinq ödənişlərini ödəmək qabiliyyətini, zəmanət almaq zərurətini və s. qiymətləndirir.
Təkliflərin işlənməsi mərhələsində lizinq firması riskin qiymətləndirilməsinə xüsusi diqqət yetirir, bu isə lizinq sövdələşməsi zamanı iki əsas anı özündə əks etdirir:
♦ müştərinin qiymətləndirilməsi, yerləşdirilən əmlakla bağlı fəaliyyəti nəzərə almaqla onun lizinq ödənişləriın ödəmək qabiliyyəti;
♦ əmlakın və onun həqiqi əvəz olunması dərəcəsinin qiymətləndirilməsi: əgər əvəz olunma dərəcəsi yüksəkdirsə (standart avadanlıq olub, yeni təyinata asan uyğunlaşır, mənəvi aşınma templəri aşağıdır) - risk böyük deyil, əgər əvəz olunma dərəcəsi aşağıdırsa (spesifik təyinatlı avadanluı olub, «sifarişlə» hazırlanıb, tez köhnələndir) - risk yüksəkdir.
Təkliflərin hazırlanması fazasında, həmçinin, lizinq sövdələşməsi üzrə ödənişlərin ölçüsünü müəyyənləşdirən əsas parametrlər də təhlil olunur: avadanlığın və ya digər əmlakın alış qiyməti, əmlakın alındığı anda əldə edilmiş avans bank faizinin tətbiq edilən dərəcəsi, müqavilə müddətiniıı uzunluğu, ödənişlərin vaxtaşırlığı, ödəniş üsulu.
Təkliflər hazır olduqdan sonra lizinq firması malgöndərənə (təchizatçıya) və istehlakçıya zəruri informasiyanı təqdim edir və əgər şərtlər qəbul ediləndirsə, maraqlı tərəflər lizinq müqaviləsini imzalayırlar.
Təkliflərin hazırlanması mərhələsində (müqavilə bağlanana qədər) istehsalçı və istehlakçı lizinq əməliyyatının gedişatında avadanlığın hazırlanmalı və yerləşdirilməli olan prinsipial xarakteristikalarını razılaşdırırlar.
Müqavilə əsasında lizinq fırması istehsalçıya - malgöndərənə, təchizatçıya müvafiq avadanlığı sifariş edir. İstehsalçı,onunla lizinq fırması arasında müqavilə hesab olunan sifarişə müvafiq olaraq, avadanlığı hazırlayır və quraşdırır. Standart, artıq mövcud avadanlığın olduğu şəraitdə lizinq fırması sadəcə olaraq, zəruri avadanlığın alınması üzrə sifariş verir.
Göndəriş başa çatdıqdan sonra alıcı - istehlakçı, lizinq firması və istehsalçı -malgöndərən, təchizatçı avadanlığın işləmə qabiliyyətini təsdiq edən qəbul aktını imzalayırlar.
İqtisadi məzmununa görə lizinq birbaşa investisiyalara aid edilir ki, onun icrasının gedişatında lizinq alan lizinq verən tərəfindən maddi və pul formasında həyata keçirilmiş investisiya xərclərini ona ödəməli və mükafat ödəməlidir.
İnvestisiya xərcləri dedikdə, lizinq alanın lizinq predmetinin əldə edilməsi və istifadəsi ilə bağlı lizinq verənin çəkdiyi xərclər başa düşülür, o cümlədən:
♦ lizinq predmetinin dəyəri;
♦ əmlaka qoyulan vergi;
♦ montaj və şef-montaj işləri daxil olmaqla nəqliyyat və quraşdırma xərcləri;
♦ lizinq predmeti ilə bağlı işlərin öyrənilməsi üzrə lizinq alanın işçi heyətinin hazırlanması xərcləri;
♦ lizinq predmeti ilə bağlı gömrük sənədlərinin tərtib olunması və gömrük yığımları, tarifləri və rüsumlarının ödənişi üzrə xərclər;
♦ lizinq predmeti istismara daxil edilən ana qədər onun saxlanması xərcləri;
♦ lizinq predmeti ilə bağlı üçüncü şəxslər tərəfindən lizinq verənə zəmanət verilməsi və zaman durulmasına, hesablaşma-ödəniş sənədlərinin təsdiq olunmasma görə ödənişlər;
♦ lizinq predmetinin saxlanması və xidmət göstərilməsi üzrə xərclər;
♦ lizinq predmetinin qeydiyyata alınması xərcləri, o cümlədən lizinq predmetinin əldə olunması və təhvil verilməsi ilə bağlı olan xərcglər;
♦ lizinq predmetinin əsaslı təmiri məqsədilə ehtiyatların yaradılması üzrə xərclər;
♦ ticarət agentinin komission yığımları;
♦ lizinq predmetinin təhvil-təslim olunması xərcləri;
♦ kompleks lizinqin reallaşdırılması gedişatında yaranmış əlavə xidmətlərin göstərilməsi üzrə xərclər;
♦ digər xərclər, hansı ki, bunlar həyata keçirilmədon lizinq predmetinin normal istifadəsi qeyri-mümkündür.
Lizinq verənin mükafatlandırılması - lizinq müqaviləsində, investisiya xərclərinin ödənilməsindən əlavə nəzərdə tutulan pul məbləğidir.
Lizinq verən və lizinq alan arasında qarşılıqlı hesablaşmalar lizinq ödənişləri formasında həyata keçirilir. Lizinq ödənişlərinin ölçüsü, həyata keçirilmə üsulu və vaxtaşırlılığı lizinq müqaviləsi əsasında müəyyənləşdirilir. Lizinq ödənişləri bilavasitə lizinq verənin ünvanına həyata keçirilir.
Lizinq ödənişlərinin ödənilməsi üzrə lizinq alanın öhdəlikləri onun lizinq predmetindən istifadə etdiyi andan başlanır. Lizinq alan lizinq ödənişlərini lizinq predmetinən istifadə etməklə istehsal olunmuş məhsulların (xidmətlərin) maya dəyərinə və ya əsas fəaliyyətlə əlaqədar olan digər xərclərə aid edir.
Lizinq ödənişlərinə əsas xidmətlərə görə ödənişlərdən (lizinq mükafatlandınlmasından) başqa, müqavilə müddətinı əhatə edən dövrdə əmlakın amortizasiyası, investisiya xərcləri, lizinq verən tərəfindən əmlakın (lizinq predmetinin) əldə edilməsi üçün istifadə olunmuş kreditlərə görə faizlərin ödənişi, lizinq verənin müqavilədə nəzərdə tutulmuş əlavə xidmətlərinə görə ödənişlər, əlavə dəyər vergisi, lizinq müqaviləsi predmetinin sığortalanması üzrə sığorta haqları (əgər o lizinq verən tərəfindən həyata keçirilibsə), həmçinin lizinq verən tərəfindən bu əmlak üzrə ödənilmiş vergi daxil edilir.
Beləliklə, lizinq müqaviləsinə görə lizinq verənin gəlirini onun mükafatı təşkil edir.
Lizinq verənin mənfəətini onun gəlirləri ilə əsas fəaliyyətin həyata keçirilməsinə çəkdiyi xərclər arasındakı fərq təşkil edir.
Lizinq verən lizinq alan tərəfındən lizinq müqaviləsinin və digər köməkçi müqavilələrin şərtlərinə riayət etməsinə nəzarəti həyata keçirmək hüququna malikdir.
Nəzarətin məqsədləri və qaydaları lizinq müqaviləsində və iştirakçılar arasında bağlanmış digər köməkçi müqavilələrdə razılaşdırılır.
Lizinq alan lizinq verənin maliyyə sənədlərinə və lizinq predmetinə maneəsiz buraxılmasını təmin etməlidir.
Lizinq verən lizinq alanın fəaliyyətinə (lizinq predmetinə aid olan hissəsində), lizinq alanın fəaliyyətinin maliyyə nəticələrinin formalaşmasına və onun tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə maliyyə nəzarətini həyata keçirmək hüququna malikdir.
Lizinq verən maliyyə nəzarətini həyata keçirmək üçün zəruri olan informasiyanı təqdim etmək haqqında lizinq alana yazılı formada sorğular göndərmək hüququna malikdir, lizinq alan isə bu cür sorğuları təmin etməyə borcludur.
Lizinq alanın lizinq ödənişləri üzrə öz öhdəliklərini pozduğu halda, bu cür pozuntuların səbəblərini müəyyən etmək və onların qarşısını almaq üçün lizinq verən lizinq alanın maliyyəo vəziyyətini araşdırmaq üçün auditor yoxlaması təyin etmək, onun təsisçilərinin və idarəetmə orqanlarının ümumi iclaslarında səsvermə hüququ olmadan iştirak etmək, öz tələblərini bəyan etmək hüququna malikdir.
Beləliklə, lizinq müqaviləsi bağlayan sahibkar öz hüquqları və vəzifələri haqqında nələri bilməlidir?
Lizinq müqaviləsi, yuxarıda qeyd olunduğu kimi, müəyyən müddətə bağlanır. Müqavilə əsasən baza adlandırılan dövrü əhatə edir ki, bu dövr ərzində hər iki tərəf zəmanətli hüquqi statusa malik olurlar, müqavilə isə ləğv edilə bilməz. Maşın və avadanlıqlar üzrə lizinq müqaviləsinin real müddəti, bir qayda olaraq, 3 ildən 5 ilə qədər təşkil edir. Bəzi ölkələrdə, məsələn, Avstriya və Almaniyada lizinq müqaviləsinin baza müddəti lizinq sövdələşməsi obyektinin amortizasiya dövrünün uzunluğundan asılı olaraq, müəyyənləşdirilir. Bu ölkələrdə, «40/90 qaydası» fəaliyyət göstərir - lizinq müqaviləsi amortizasiya dövrünün 40-90%-ni təşkil edən müddətə bağlana bilər. Məsələn, əgər hər hansı bir avadanlıq 10 ilə köhnəlirsə, lizinq müqaviləsinin baza müddəti 4 ildən 9 ilə kimi müəyyənləşdirilir. Əgər müxtəlif səbəblərə görə lizinq müqaviləsində onun müddəti xüsusi olaraq təyin edilmirsə və danışılmırsa, onda bu halda, inkişaf etmiş ölkələrin təcrübəsinə müvafiq olaraq, həmin müddət müvafiq avadanlığın amortizasiya dövrünün uzunluğuna bərabər götürülür.
Lizinq müqaviləsində, ayrıca hər bir hal üçün hesablanan lizinq ödənişləri göstərilir. Lizinq dövründə ödənişlər hər ay, hər rüb, yarım ildə və ya ildə bir dəfə həyata keçirilə bilər. Təyin edilmiş ölçüdə ödənişlər ödəniş müddətinin vaxtı çatmamışdan əvvəl də həyata keçirilə bilər (qabaqlayıcı ödənişlər). Ödənişlər gecikdirildiyi halda müştəri lizinq firmasına gecikdirilmiij məbləğin 10%-i həcmində illik haqq ödəyir. Lizinq ödənişlərinin həcmi müqavilənin bütöv fəaliyyət müddəti üçün dəyişməz müəyyən edilə bilər və ya haqqlar çevik qrafik əsasında təyin edilə bilər.
Haqqlar dəyişməz olduqda, ödənişlərin ölçüsü bank faizlərinin uçot dərəcələrinin dəyişməsindən asılı olmur, onların səviyyəsini sahibkar əvvəlcədən bilir, yəni o müvafiq hesablaşmalar və proqnozlar edə bilər. Lakin dəyişməz haqqları həmişə çevik haqlardan yüksək olur, çünki burada riskə görə mükafat nəzərə alınmalıdır. Dəyişilməz ödənişlər zamanı qiymətli kağızlardan gəlirlərin faiz ölçüləri də istifadə oluna bilər.
Çevik haqların ölçüsü bilavasitə bank faizinin səviyyəsindən asılıdır. Çevik haqlarda əsas kimi çox vaxt LIBOR adlandırüan meyardan istifadə olunur. O, pul bazarmda bankların öz aralarında valyuta alqı-satqısını həyata keçirdiyi dərəcəyə (stavkaya) uyğun gəlir. LIBOR müxtəlif müddətli sövdələşmələr zamanı tətbiq olunur (bir ay, üç, altı ay, il) və lizinq müqavilələri üzrə çevik ödənişlərin hesablanmasının əsasını təşkil edir. LIBOR (London Interbank Offered Rate), həmçinin, müqavilə üzrə ödənişlərin düzgün və əsaslandırılınış surətdə hesablanmasına nəzarət nöqteyi-nəzərindən lizinq alan üçün mühüm rol oynayır - LIBOR indikatoru yüksəldikcə, ödəniş səviyyəsi də artmalıdır, aşağı düşdükcə, azalmalıdır [11].
Lizinq alan öz hesabına, lakin lizinq firmasının xeyrinə əldə etdiyi maşın, avadanlıq və digər əmlakı onun xarab olması və ya sıradan çıxmasına səbəb ola biləcək yanğından, oğurlanmaqdan və digər risklərdən sığortalamağı öz öhdəsinə götürür. Lizinq müqaviləsində avadanlığın istifadəçiyə təhvil verilmə məqamı və avadanlığın təsadüfi məhv olması və ya xarab olması riskinin mümkünlüyü halları ayrıca olaraq razılaşdırılır.
Lizinq alan istifadəyə götürdüyü maşın və avadanlıqları texniki təlimatlara tam uyğun surətdə istismar etməlidir, o lizinq verənlə razılaşdırmadan heç bir dəyişiklik etmək hüququna malik deyil.
Ödəniş gecikdirildiyi halda, lizinq fırması xəbərdarlıq etmədən verdiyi avadanlığı geri götürə bilər və ya borcu məhkəmə yolu ilə tələb edə bilər. Bu lizinq firmasının xalis maliyyə funksiyaları ilə bağlıdır, belə ki, o, lizinq alandan hcç bir bank zəmanəti və ya maşın və avadanlıqlar üçün girov götürmür. Müqavilənin başlıca şərtlərinin yerinə yetirilmədiyi halda (qeyd olunduğu kimi, lizinq firmasına verdiyi avadanlığı hər hansı vaxt və hər hansı bir yerdə təftiş etmək hüququ verilmişdir) firma müqaviləni poza bilər. Lizinq alan isə bu halda cərimə ödəməlidir. Lizinq firması sahibkarın lizinq ödənişlərini ödəmək imkanlarına əmin olmadığı halda, həmçinin avadanlığm qeyri-standart istifadəsi nəzərdə tutulduğu, nəzarətin və potensial ziyanın müəyyən edilməsinin isə xeyli çətin olduğu hallarda avadanlıq verməkdən imtina edə bilər.
Lizinq avadanlığa müvəqqəti tələbat olduğu halda daha cəlbedicidir. Sahibkar, zəruri avadanlıq almaq üçün kreditdən istifadə etmək imkanı olmadığı və ya öz xüsusi vəsaitindən və borc götürülmüş vəsaitlərdən başqa məqsədlər üçün istifadə etməyi nəzərdə tutduğu hallarda, lizinqin köməyinə əl atır. Lizinq sövdələşməsində zəmanət və avans girovu nəzərdə tutulmadığı üçün sahibkar eyni bir kapitaldan istifadə edərək istehsalın böyük sayda amillərini hərəkətə gətirir. Lizinq üzrə əldə edilmiş istehsal vasitələri lizinq alanın balansında qeyd olunmadığı üçün, deməli, onun borcunu da artırmır.
Sahibkar əsas istehsal fəaliyyəti ilə bağlı olmayan avadanlığa tələbat mövcud olduğu zaman lizinqdən istifadə edə bilər (məsələn, o lizinq üzrə nəqliyyat vasitələri əldə edə bilər və beləliklə, nəqliyyat firmalarının xidmətlərinə müraciət etmədən, yükdaşımaları müstəqil surətdə həyata keçirə bilər).
Lizinqin yayılması maşın və avadanlıqların özlərinin bəzi xüsusiyyətləri ilə şərtləndirilir. Sahibkar çox vaxt lizinqə texniki vəsaitlərin mənəvi köhnəlməsi ilə mübarizə vasitəsı kimi baxır. Lizinq müqavilələri çox vaxt mənəvi cəhətdən köhnəlmiş hissə və detallarm əvəz olunması mümkünlüyünü də nəzərdə tutur (müqaviləyə xüsusi maddələrin daxil edilməsi vasitəsilə).
Təcrübəli sahibkar lizinq üzrə xüsusilə mürəkkəb və nadir tapılan və lizinq verən tərəfindən onlara onun özündən də yaxşı xidmət göstərilən avadanlıqları əldə etməyə üstünlük verir (məsələn, EHM, tibbi və digər mürəkkəb avadanlıqlar, bir qayda olaraq, lizinq üzrə verilir). Əgər lizinq alanın istismar üzrə xərcləri lizinq firmasının xərclərindən az olarsa, onda o zəruri texnikanı almağa üstünlük verir.
Kifayət qədər tanınmamış və geniş təmir xidməti şəbəkəsinə malik olmayan fırmanın avadanlığından istifadə etmək tələbatı yarandığı halda, həmin avadanlığı almaqdansa, onu lizinq üzrə götürmək daha məqsədəuyğundur. Lizinq həm də yeni avadanlıqla işləyərkən ilk addım kimi tətbiq edilə bilər. Lizinq üzrə zəruri avadanlığın əldə edilməsi alqıdan daha tez həyata keçirilərsə, onda lizinq xüsusilə, cəlbedici olar.
Lizinq müqaviləsinə görə tərəflərdən birinin Azərbaycan Respublikasının rezidenti olduğu beynəlxalq lizinq əməliyyatlarının həyata keçirilməsi bir sıra xüsusiyyətlərə malikdir.
Beynəlxalq lizinqin həyata keçirilməsi üçün qanunvericiliklə bunlar müəyyənləşdirilmişdir:
♦ lizinq predmetinin lizinq müqaviləsi üzrə istifadə cdilməsi məqsədi ilə altı aydan yuxarı müddətə respublika ərazisinə gətirilməsi və respublika ərazisindən kənara çıxarılması, həmçinin altı aydan artıq müddətə lizinq müqaviləsinin tam məbləğinin ödənilməsi kapital hərəkəti ilə bağlı olan əməliyyatlar hesab olunmur;
♦ lizinq müqaviləsinin tərəfləri lizinq predmetinin faktiki istismara bağlandığı andan altı aydan artıq olmayan müddətə lizinq ödənişlərinin təxirə salınmasma icazə vermək hüququna malikdirlər;
♦ lizinq predmeti respublika ərazisinə gətirilərkən və ya respublika ərazisindən kənara çıxarılarkən gömrük vergilərinin və tariflərinin bütün növləri əmlakın tam gömrük dəyərinə görə hesablanır;
♦ gömrük vergilərinin və tariflərinin ödənilməsi lizinq predmetinin gətirildiyi (çıxarıldığı) an üçün əmlakın gömrük dəyərinin ödənilmiş və bank sənədləri ilə təsdiq olunmuş məbləği əsasında həyata keçirilir. Sonralar gömrük vergiləri və tariflərinin ödənişi lizinq ödənişləri ilə eyni vaxtda lizinq ödənişləri daxil olduğu andan sonra 20 gün müddətində həyata keçirilir.
Yuxarıda qeyd olunduğu kimi, lizinq» termini (ingilis dilindən tərcüməsi (lease) - icarəyə götürmək, icarəyə vermək deməkdir) XIX əsrin ikinci yarısından sonra, 1877-ci ildə «Bell» telefon kampaniyası öz telefon aparatlarını satmayıb, onlan icarəyə vermək haqqında qərar qəbul etdikdən sonra istifadəyə daxil olmuşdur. Lakin lizinq ideyasından, əsas fəaliyyət predmeti məhz lizinq əməliyyatları olan ilk lizinq fırması yaradılana qədər xeyli zaman keçmişdir. İlk müstəqil lizinq kampaniyası «United State Lizing Corporation» 1952-ci ildə San-Fransisko (ABŞ) şəhərində yaradıldı.
Bu gün lizinq, demək olar ki, bütün ölkələrdə kapital qoyuluşlarının bir üsuluna çevrilmişdir. Lizinq vasitəsilə həyata keçirilən investisiyaların illik həcmi artıq çoxdan milyardlarla. dolları ötüb keçmişdir. Lizinq vasitəsilə ABŞ-da sənayeyə kapital qoyuluşlarının 25-30%-i, Böyük Britaniyada 20%-dən yuxarı, Fransada 16-17%, Almaniyada 15%-i həyata keçirilir [10]. Ötən əsrin sonlarında bu göstərici üzrə birinciliyi Avstraliya əldə etmişdi, burada sənaye investisiyalarının 30-33%-i lizinq əsasında həyata keçirilirdi.
Ötən əsrin 60-80-ci illəri ərzində lizinq əməliyyatları xüsusi stabilliyi ilə fərqlənirdi və praktiki olaraq tsiklik və konyunktur tərəddüdlərindən asılı deyildi. Bank faizləri üzrə uçot dərəcələrinin nəzərə çarpacaq tərəddüdlərinə baxmayaraq, lizinq müqavilələri üzrə ödəniş dərəcələri 7,25%-dən 9,75%-ə qədər təşkil edirdi. Göründüyü kimi, lizinq əməliyyatları kapital qoyuluşlarının son 25-30 ildə kəskin dəyişikliyə məruz qalmayan yeganə sferasıdır.
Lizinq - əmlakın əldə edilməsi və onun lizinq müqaviləsi əsasında müəyyən ödəniş haqqı ilə, müəyyən müddətə və müqavilədə nəzərdə tutulmuş müəyyən şərtlərlə, lizinq alanın əmlakı almaq hüququ əsasında fıziki və hüquqi şəxslərə icarəyə verilməsi üzrə investisiya fəaliyyətinin bir növüdür. Lizinq predmeti kimi sahibkarlıq fəaliyyətində istiiadə olunan hər bir şey, o cümlədən müəssisələr, əmlak kompleksləri, binalar, qurğular, avadanlıqlar, nəqliyyat vasitələri və digər daşınan və daşınmaz əmlak iştirak edə bilər.
Dostları ilə paylaş: |