Əlyazması hüququnda h üseynova Nərmin Hətəm qızı (magistrantin a. S. A.) «kommersiya fəALİYYƏTİNDƏ LİZİNQİn rolu və İNKİŞaf perspektiVLƏRİ»



Yüklə 0,84 Mb.
səhifə15/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#106627
1   ...   11   12   13   14   15   16   17   18   ...   54
Qaytarılan lizinq - maliyyə lizinqinin bir növüdür, bu zaman lizinq predmetinin satıcısı (malgöndərən, təchizatçı) eyni zamanda lizinq alan qismində də iştirak edir.

Operativ lizinq - lizinqin elə bir növüdür ki, bu zaman lizinq verən öz təhlükə və riski əsasında əmlak əldə edir və onu lizinq predmeti qismində müəyyən haqq ilə, müəyyən müddətə və müəyyən şərtlərlə lizinq alanın müvəqqəti ixtiyarına və istifadəsinə verir. Əmlakın lizinqə verildiyi müddət lizinq müqaviləsi əsasında müəyyənləşdirilir. Mövcud müqavilənin fəaliyyət müddəti bitdikdən və lizinq alan lizinq müqaviləsində nəzərdə tutulan məbləği tam ödədikdən sonra lizinq predmeti lizinq verənə qaytarılır və bu halda lizinq alan, lizinq predmetinə mülkiyyət hüququnun ona keçməsini tələb etmək hüququna malik deyil. Operativ lizinq zamanı lizinq predmeti onun amortizasiya müddəti tam başa çatana qədər bir neçə dəfə lizinqə verilə bilər. Operativ lizinq zamanı lizinq predmeti lizinq verənin balansında uçota alınır.

Lizinq sövdələşməsinə lizinq alanın lizinq predmetindən istifadəsindən əvvəl və istifadəsi prosesində lizinq verən tərəfındən hər cür əlavə xidmətlər göstərilməsi şərtləri də daxil edilə bilər:

♦ üçüncü şəxslərdən intellektual mülkiyyət hüququnun əldə edilməsi (nou-hau, lisenziya hüquqları, əmtəə nişanlarına, markalanna hüquqları, proqram təminatı və s.);

♦ montaj (şef-montaj) və sazlayıcı işlərin görüldüyü dövrdə zəruri olan əmtəə-material qiymətlilərinin üçüncü şəxslərdən əldə edilməsi;

♦ lizinq predmetinə münasibətdə quraşdırma və sazlayıcı işlərin görülməsi, heyətin hazırlığı;

♦ lizinq predmetinə zəmanət müddətindən sonrakı xidmət və onun təmiri, o cümlədən cari, orta və əsaslı təmir;

♦ istehsal sahələrinin və kommunikasiyalarının hazırlanması, lizinq predmetinin quraşdırılması (montaj edilməsi) ilə bağlı olan işlər;

digər işlər və xidmətlər, hansı ki, bunlar göstərilmədən lizinq predmetindən istifadə qeyri-mümkündür.

Əlavə xidmətlərin siyahısı, həcmi və dəyəri lizinq müqaviləsində göstərilməlidir.

Lizinq (leasing) icarə münasibətlərinin növ müxtəlifliklərindən biridir və özündə müvəqqəti azad olmuş və ya cəlb olunmuş maliyyə vəsaitlərinin müqavilə üzrə müəyyən haqq müqabilində hüquqi və ya fiziki şəxslərə müvəqqəti istifadə üçün icarəyə verilən əmlak üzərinə investisiya etdirilməsi üzrə sahibkarlıq fəaliyyətinin əsas növünü əks etdirir.

Bank və kredit təsisatları lizinq müqavilələrinin yerinə yetirilməsi üzrə maliyyə lizinqi əməliyyatlarının reallaşdırılması şərtilə üç və daha artıq il üçün kreditlərin təqdim edilməsindən əldə olunan mənfəət üzrə vergidən azad edilirlər. Hazırki dövrdə lizinq, əmlakın əldə edilməsi və onun müəyyən müddət üçün müqavilə üzrə, dövlətin səlahiyyəti orqanları qismində dövlətə, fiziki və hüquqi şəxslərə mənfəət (gəlir) əldə edilməsi və ya sosial effektə nail olunması məqsədilə, lizinq verənin, malgöndərənin (təchizatçının), lizinq alanın və lizinq layihəsinin başqa iştirakçılarının iştirakı şərtilə lizinq predmetinin amortizasiyasının nəzərə alınması ilə istifadə üçün verilməsi ilə bağlı investisiya-sahibkarlıq fəaliyyətinin bir növü kimi nəzərdən keçirilir.

Lizinq fəaliyyətini bir sıra əlamətlərə görə təsnifləşdirmək olar:

- predmetlər (obyektlər) üzrə – daşınan və daşınmaz əmlakdan istifadə edilməsi;

- iştirakçılar (subyektlər) üzrə – birbaşa, çoxtərəfli (daxili), dövlətlərarası;

- bazar üzrə – daxili, xarici, dövlətlərarası;

- ödənişlər üzrə – maliyyə, kompensasiya, barter, qarışıq;

- özünü ödəmə və amortizasiya üzrə – tam və natamam;

- xidmətlər üzrə – xalis, tam dəstli, natamam dəstli.

Təsnifat əlamətləri sxemi şəkil 1.2-də təsvir olunmuşdur.

Müasir şəraitdə təsərrüfat lizinqi, kommersiya münasibətləri forması kimi, əlavə maliyyələşdirmə mənbəyi və lizinq dövriyyəsi iştirakçılarının maddi təminatçısı kimi fəal istifadə olunmağa başlanmışdır. Lizinq sahəsinin formalaşdırılması üçün bütün obyektiv şəraitlər mövcuddur və hər şeydən əvvəl, buraya müxtəlif növ icarə münasibətlərinin əsası kimi çıxış edən mülkiyyət formalarının meydana çıxan rəngarəngliyi, habelə lizinq fəaliy­yətinin əsas növlərinin metodiki və normativ təmin olunmasının tədricən genişlənməsi aid edilə bilər.

Lizinq, əmlakın əldə edilməsi və onun sonradan müəyyən haqq müqabilində müvəqqəti istifadə üçün başqasına verilməsi üzrə mülkiyyət və iqtisadi münasibətlər kompleksidir.

Lizinq, bir qayda olaraq, kontragentlərin (lizinq verən, lizinq alan və satıcı (malgöndərən) qarşılıqlı təsirinin üçtərəfli xarakterinə malikdir. Gələcək lizinq alan lazım olduqda kifayət qədər maliyyə vəsaitləri olan lizinq kompaniyasını tapır və ona lizinq müqaviləsinin bağlanılması üzrə işgüzar təkliflə müraciət edir. Bu müqaviləyə görə lizinq alan tələb olunan əmlaka sahib olan satıcını seçir, lizinq verən isə həmin əmlakı öz mülkiyyətinə alır və onu razılaşdırılmış haqq müqabilində müəyyən müddət üçün müvəqqəti istifadə üçün lizinq alana verir. Müqavilənin müddəti bitdikdən sonra onun şərtlərindən asılı olaraq əmlak, ya lizinq verənə qaytarılır, ya da lizinq alanın mülkiyyətinə keçir.

Əgər satıcı və lizinq verən və ya satıcı və lizinq alan eyni şəxslərdirsə, onda lizinq müqaviləsi iştirakçılarının sayı ikiyə enə bilər. Lizinq müqaviləsi iştirakçılarının sayı yeni maliyyə mənbələrinin (investisiya fondları, banklar, sığorta kompaniyaları) cəlb olunması zamanı bir qədər arta da bilər.







Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin