Əlyazması hüququnda h üseynova Nərmin Hətəm qızı (magistrantin a. S. A.) «kommersiya fəALİYYƏTİNDƏ LİZİNQİn rolu və İNKİŞaf perspektiVLƏRİ»



Yüklə 0,84 Mb.
səhifə23/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#106627
1   ...   19   20   21   22   23   24   25   26   ...   54
Lizinq müqaviləsi aşağıdakı əhəmiyyətli müddəalan ozündə əks etdirməlidir:

♦ lizinq predmetinin dəqiq izahı;

♦ verilən mülkiyyət hüququnun həcmi;

♦ lizinq predmetinin verildiyi yerin adı və verilmə qaydaları;

♦ lizinq müqaviləsinin fəaliyyət müddəti;

♦ lizinq predmetinin balans uçot qaydaları;

♦ lizinq predmetinin saxlanması və təmiri qaydaları;

♦ kompleks lizinq müqaviləsi əsasında lizinq verən tərəfindən təqdim olunan əlavə xidmətlərin siyahısı;

♦ lizinq müqaviləsinin ümumi məbləği və lizinq verənin mükafatlandırılma həcmi;

♦ hesablaşma qaydaları (ödəniş qrafıki);

♦ lizinq verənin və ya lizinq alanın lizinq müqaviləsi ilə bağh olan risklərdən lizinq predmetinin sığortalaması öhdəlikləri.

Lizinq müqaviləsi əsasında lizinq verənin öhdəlikləri bunlardır:

♦ maliyyə lizinqi həyata keçirildiyi halda, müəyyən satıcıdan (malgöndərəndən, təchizatçıdan) öz mülkiyyətinə müəyyən əmlakı əldə etmək və onu və ya əvvəllər əldə edilmiş əmlakı müəyyən haqq ilə, müəyyən müddətə və müəyyən şərtlərlə lizinq predmeti qismində lizinq alana vermək;

♦ lizinq müqaviləsinin məzmunundan irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Lizinq müqaviləsinə əsasən lizinq alanın öhdəlikləri bunlardır:

♦ lizinq predmetini müqavilədə nəzərdə tutulmuş qaydada qəbul etmək;

♦ lizinq verənə onun investisiya xərclərini ödəmək və ona mükafat vermək;

♦ lizinq müqaviləsinin fəaliyyət müddəti başa çatdıqdan sonra lizinq predmetini qaytarmaq və ya alqı-satqı müqaviləsi əsasında lizinq predmetini öz mülkiyyətinə əldə etmək;

♦ lizinq müqaviləsinin məzmunundan irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Lizinq müqaviləsində tərəflərin mübahisəsiz və aşkar öhdəliklərin pozulması hesab etdikləri və lizinq müqaviləsi fəaliyyətinin və əmlak hesablaşmalarının dayandırılmasına aparan hallar, həmçinin lizinq predmetinin geri qaytarılması proseduru razılaşdırılmalıdır. Öhdəliklərin pozulması kimi bu cür hallara lizinq predmetinin təyinatına görə istifadə olunmaması; lizinq predmetinin işlək, saz vəziyyətdə saxlanmaması (bu onun istehlak xassələrinin korlanmasına səbəb olur); lizinq predmetindən istifadənin ödəniş müddətlərinin (iki dəfədən artıq) pozulması.

Lizinq müqaviləsi lizinq alanın müqavilə şərtlərinin qalması və ya dəyişdirilməsi şərti ilə lizinq müddətinin uzadılması hüququnu nəzərdə tuta bilər.

Lizinq verən lizinq alana lizinq predmeti olan əmlakı lizinq müqaviləsinin şərtlərinə və mövcud əmlakın təyinatına müvafıq vəziyyətdə təqdim etməyə borcludur.

Lizinq predmeti lizinqə ona aid bütün ləvazimatlarla və bütün sənədlərlə (texniki pasport və s.) birlikdə verilməlidir.

Lizinq predmetinə zəmanət xidməti alqı-satqı müqaviləsində nəzərdə tutulduğu halda satıcı (malgöndərən, təchizatçı) tərəfindən həyata keçirilə bilər.

Lizinq alan lizinq predmetinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirməlidir.

Lizinq predmeti olan əmlakın əsaslı təmiri lizinq verən tərəfindən həyata keçirilir.

Lizinq müqaviləsinin müddəti başa çatdıqda lizinq alan lizinq predmetini aldığı vəziyyətdə lizinq verənə qaytarmalıdır (normal aşınma və ya lizinq müqaviləsində razılaşdırılmış aşınma nəzərə alınmaqla).

Əgər lizinq alan lizinq predmetini qaytarmayıbsa və ya vaxtından gec qaytarıbsa, onda lizinq alan gecikmə müddəti iıçün ödəniş verilməsini tələb etmək hüququna malikdir. Əgər bu ödəniş lizinq verənə dəyən ziyanı ödəmirsə, onda o dəyən ziyanın ödənilməsini tələb edə bilər. Əgər lizinq predmetinin lizinq verənə vaxtında qaytarılmadığı üçün lizinq müqaviləsində cərimə nəzərdə tutulubsa, lizinq alandan dəymiş ziyan cərimədən əlavə olaraq tam məbləğdə tutula bilər.

Lizinq alan tərəfindən lizinq predmetinə əlavə edilmiş ləvazimatlar onun mülkiyyəti hesab olunur.

Əgər lizinq alan lizinq verənin yazılı formada razılığı ilə öz xüsusi vəsaitləri hesabına lizinq predmetinə ziyan gətirməyən təzələmə işləri aparıbsa, bu halda lizinq alanın lizinq müqaviləsi başa çatdıqdan sonra bu işlərin dəyərinin ödənilməsini tələb etmək hüququ vardır.

Əgər lizinq alan lizinq verənin yazılı formada razılığı olmadan öz xüsusi vəsaitləri hesabına lizinq predmetinə ziyan gətirməyən təzələmə işləri aparıbsa, bu halda lizinq alanın lizinq müqaviləsi başa çatdıqdan sonra bu işlərin dəyərinin ödənilməsini tələb etmək hüququ yoxdur.

Maliyyə lizinqi zamanı lizinq müqaviləsinin müddəti başa çatana kimi lizinq predmetinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin ödənilməsi şərti ilə lizinq alana keçir.

Operativ lizinqin həyata keçirilməsi zamanı lizinq predmetinə mülkiyyət hüququnun lizinq alana keçməsi alqı-satqı müqaviləsi əsasında mümkündür.

Lizinq predmeti alıcı (malgöndərən, təchizatçı) tərəfindən təqdim olunan andan lizinq müqaviləsinin müddəti başa çatan ana kimi itki (məhv olma), xəsarət və ya ziyandəymə risklərindən sığorta oluna bilər.

Sahibkarlıq (maliyyə) risklərinin sığortalanması lizinq müqaviləsinin lərəflərinin razılığı əsasında həyata keçirilir və mütləq deyildir.

Lizinq predmetinin bütün növ əmlak ziyanlarından, həmçinin onun məhvi, itkisi, korlanması, mənimsənilməsi, vaxtından əvvəl sınması, onun montajı və ya istismarı zamanı buraxılmış səhvlə bağlı olan risklərdən və digər əmlak risklərindən qorunması üzrə məsuliyyəti lizinq predmetini fakliki qəbul etdiyi andan lizinq alan daşıyır (əgər lizinq müqaviləsində digər bir hal nəzərdə tutulmayıbsa).

Alıcının (malgöndərənin, təchizatçının) səbatsızlığı və ya məsuliyyətsizliyinə görə riski, lizinq müqaviləsinin həmin satıcını (malgöndərəni, təchizatçını) seçmiş tərəf daşıyır.

Lizinq müqaviləsinə görə lizinq predmetinin bu predmetindən istifadə məqsədlərinə uyğun gəlməməsi riski üzrə məsuliyyəti lizinq predmetini seçən tərəf daşıyır.

Lizinq sövdəbşməsində yerli iştirakçılar arasındakı mübahisələr respublika qanunvericiliyində nəzərdə tutulmuş qaydada həll olunur.

Beynəlxalq lizinq sövdələşmələrinin iştirakçıları arasındakı mübahisələr razılaşdırılmış qaydada tətbiq olunan qanunvericiliyə uyğun həll olunur. Bir qayda olaraq, hər hansı lizinq predmeti üzrə mübahisə yarandığı anda həmin əmlak hansı ölkənin ərazisində yerləşirsə, o ölkənin qanunları əsasında da həll olunur.

Lizinq alanın günahı üzündən lizinq predmetinin itirilməsi vəo ya lizinq predmetinin öz funksiyalarını itirməsi lizinqalaını lizinq müqaviləsinə görə üzərinə götürdüyü maliyyə öhdəliklərindən azad etmir.


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin