Tədqiqatın əsas məqsədi və vəzifələri. Tədqiqatın əsas məqsədi bazar iqtisadiyyatı şəraitində lizinq fəaliyyətinin təşkilati, maliyyə, əməliyyat mexanizmlərinin dərindən araşdırılmasından, hazırda dünyada bu sahədə baş verən dəyişikliklərin öyrənilməsindən, lizinq mexanizminin idarəedilməsinin xarakterik xüsusiyyətlərinin, idarəetmə metodlarının araşdırılmasından, əldə edilən nəticələr əsasında respublikada lizinq fəaliyyətinin canlandırılması, ölkənin kommersiya fəaliyyətində lizinq amilinin inkişaf istiqamətlərinin göstərilməsindən ibarətdir. Tədqiqatın vəzifələr dairəsi dissertasiya işinin strukturundan irəli gələrək araşdırılmışdır.