Əlyazması hüququnda h üseynova Nərmin Hətəm qızı (magistrantin a. S. A.) «kommersiya fəALİYYƏTİNDƏ LİZİNQİn rolu və İNKİŞaf perspektiVLƏRİ»


§ 2.3. Lizinq ödənişinin hesablanması mexanizmi və onun spesifik



Yüklə 0,84 Mb.
səhifə48/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#106627
1   ...   44   45   46   47   48   49   50   51   ...   54
§ 2.3. Lizinq ödənişinin hesablanması mexanizmi və onun spesifik

xüsusiyyətləri
Lizinq müqaviləsinin həyata keçirilməsi zamanı lizinq ödənişlərinin ölçülərini icarənin, onun operativ formasından tutmuş, maliyyə lizinqi müqaviləsinə qədər müxtəlif formalarının reallaşdırılmasını nəzərə almaqla kifayət qədər dəqiq müəyyən etmək vacibdir.

İcarə haqqı (P) lizinqdən istifadə zamanı ümumi şəkildə lizinq obyektinin alış qiymətinin, komisyon haqlarını nəzərə almaqla faizlərin, vergilərin və lizinq xidmətləri ilə bağlı sığorta ödənişlərinin cəminin icarə müddəti ərzində ödənişlərin sayına nisbəti kimi aşağıdakı düsturla müəyyən olunur:



burada, Q – lizinq obyektinin alış qiyməti, man.;

R – lizinq xidmətləri üzrə komisyon haqlarının uçotu ilə faizlər;

N – vergiər, man;

S – sığorta ödənişi, man;

n - icarə müddəti ərzində ödənişlərin sayı, ədəd.

Lizinq firma və şirkətlərinin fəaliyyətinin çoxillik təcrübəsi lizinq ödənişlərinin müəyyən olunmasına müxtəlif yanaşma və variantları formalaşdırmışdır.

Lizinq ödənişlərinin hesablanması özünə aşağıdakı mərhələləri daxil edir:



  1. Lizinq ödənişlərinin ölçüləri lizinq müqaviləsi ilə əhatə olunan illər üzrə hesablanır.

  2. Ödənişlərin illər üzrə məbləği kimi, müqaviləin bütün müddəti ərzində lizinq ödənişlərinin ümumi ölçüsü hesablanır.

  3. Lizinq haqlarının ölçüləri tərəflərin haqları ödəmə dövriliyinə, eləcə də onlar tərəfindən hesablama metodları və ödəmə üsullarına (operativ lizinq zamanı müqavilə müddəti bir ildən az olduqda, lizinq ödənişlərinin ölçüsü aylar üzrə müəyyən olunur) uyğun olaraq hesablanması.

Lizinq ödənişlərinin (LP) ümumi məbləğinin hesablanması aşağıdakı düstur vasitəsilə həyata keçirilir

LP = AO + PK + KV + DU + ƏDV

burada, AO – cari ildə lizinq verənə hesablanan amortizasiya ayırmalarının kəmiyyəti;



PK – lizinq verənin əmlakın – müqavilə obyektinin əldə edilməsinə sərf olunan kredit resurslarından istifadə edilməsinə görə ödəniş;

KV – lizinq müqaviləsi üzrə əmlakın təqdim edilməsinə görə lizinq verənə verilən komisyon mükafatları;

DU – lizinq alana lizinq müqaviləsi ilə nəzərdə tutulan əlavə xidmətlərin təqdim edilməsinə görə lizinq verənə ödənilən ödənişlər;

ƏDV – lizinq alan tərəfindən lizinq verənin xidmətlərinə görə ödənilən əlavə dəyər vergisi (əgər lizinq alan kiçik müəssisədirsə, ƏDV ödənilmir).

Amortizasiya ayırmaları aşağıdakı düsturla hesablanır:

burada, BS – əmlakın balans dəyəri, man;



Na – amortizasiya ayırmaları norması, %.

İstifadə olunan kredit resurslarına (KR) görə ödənişin hesablanması aşağıdakı düsturla həyata keçirilir:



burada ki, KR – kredit resursları;



STk – kredit faizi, illik %-lə.

Bu zaman nəzərdə tutulur ki, istifadə olunan kredit resurslarına görə ödəniş hər bir hesabat ilində bu ildəki ödənilməmiş kreditin orta illik məbləğinə və ya əmlakın – müqavilə predmetinin orta illik qalıq dəyərinə bölünür:



burada ki, KRt – əmlakın əldə edilməsi üzrə istifadə olunan kredit resursları, bu resurslar üzrə ödəniş t hesabat ilində ödənilir, man;



OSNOSK – müvafiq olaraq, ilin əvvəlinə və sonuna əmlakın hesablanmış qalıq dəyəri, man;

Q – əldə edilən əmlakın ümumi dəyərində borc vəsaitlərinin payını nəzərə alan əmsal.

Əgər əmlakın əldə edilməsi üçün yalnız borc vəsaitlərindən istifadə olunursa, Q əmsalı 1-ə bərabər olur.



Lizinq verənə təqdim edilən komisyon mükafatları (KV) tərəflərin razılığı ilə aşağıdakılardan faiz ifadəsində müəyyən oluna bilər:

- əmlakın – müqavilə predmetinin balans dəyərindən;

- əmlakın orta illik qalıq dəyərindən.

Buna müvafiq olaraq, komisyon mükafatlar aşağıdakı düstur vasitəsilə hesablanır:



burada, p - komisyon mükafatı dərəcəsi, BS-dən illik %-lə;

və ya aşağıdakı düstur vasitəsilə hesablanır:

burada, STV – əmlakın – müqavilə predmetinin orta illik qalıq dəyərindən faizlə hesablanan komisyon mükafatı dərəcəsi, %.

Lizinq müqaviləsi ilə nəzərdə tutulmuş lizinq verənin əlavə xidmətlərinə görə ödəniş (DUt) hesabat ilində aşağıdakı düstur vasitəsilə hesablanır:

burada, P, P1, …,Pn – lizinq verənin müqavilə üzrə nəzərdə tutulmuş hər bir xidmət üçün çəkdiyi xərclər, man;



T – müqavilə müddəti, il.

Lizinq verən tərəfindən lizinq müqaviləsi xidmətləri üzrə ödənilən əlavə dəyər vergisinin ölçüsünün hesablanması aşağıdakı düstur vasitəsilə həyata keçirilir:



burada, ƏDVt – hesabat ilində ödənilməli olan verginin kəmiyyəti, man;



Vt – qazanc məbləği, man;

STN - əlavə dəyər vergisinin dərəcəsi,%.

Qazancın məbləği özünə amortizasiya ayırmalarını, kredit resurslarından istifadəyə görə ödəniş, lizinq verənin müqavilə ilə nəzərdə tutulmuş əlavə xidmətlərindən istifadə edilməsinə görə mükafatın məbləğini və s. daxil edir, yəni:



İllik lizinq ödənişlərinin (LVQ) hesablanması, onların bərabər paylarla ödənilməsi zamanı aşağıdakı düsturla aparılır:



harada ki, LP – lizinq ödənişlərinin ümumi məbləği, man;

T – lizinq müqaviləsinin müddəti, il.

Rüblük lizinq ödənişlərinin (LVK) hesablanması, əgər bu müqavilə ilə nəzərdə tutulmuşdursa, aşağıdakı düsturla aparılır:






Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin