Lizinq müqaviləsinə qoyulan tələblər.
Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən edilmiş haqla, müəyyən müddətə və digər şərtlərlə o, cümlədən lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan isə bunun müqabilində müəyyənləşdirilmiş dövr ərzində muzd ödəməlidir. Bu müqavilənin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Müqaviləyə görə lizinq alana müqavilə müddəti qutardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya bu hüquq verilə bilər. Bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə başa çatmasın. Axırınci qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafıq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Lizinqin formaları Mülki Məcəllə ilə tənzimlənən əsas formalarına daxili və beynəlxalq lizinq aiddir. Lizinq müqaviləsi yazılı formada aparılır.
Lizinq müqaviləsində aşağıdakılar göstərilməlidir:
1. Lizinqin forması;
2. Lizinq obyektinin dəqiq təsviri;
3. Lizinq obyekti üzrə verilən hüquqların həcmi;
4. Lizinq obyektinin verilmə yeri və qaydası;
5. Lizinq müqaviləsinin müddəti;
6. Lizinq obyektinin balans uçotunun qaydası;
7. Lizinq obyektinin saxlanması və təmiri qaydası;
8. Lizinq müqaviləsi əsasında lizinq verənin göstərəcəyi əlavə xidmətlərin siyahısı;
9. Lizinq ödənişinin ümumi məbləği və lizinq verənin mükafatının məbləği;
10. Hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki. Lizinq ınüqaviləsi vaxtından əvvəl icra edildikdə lizinq öhdəliklərinin hesablanması qaydası.
11. Risklərdən sığorta edilməsi vəzifəsi;
12. Tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır;
13. Lizinq müqaviləsində lizinq alanın müqavilənin şərtlərini saxlamaq və ya dəyişməklə lizinq müqaviləsinin müddətini uzatmaq hüququ nəzərdə tutula bilər;
14. Lizinq müqaviləsinin imzalanması.
Dostları ilə paylaş: |