§ 2.2. Azərbaycanda lizinqin müasir vəziyyəti və inkişaf perspektivləri
İqtisadiyyata investisiya qoyuluşunun müxtəlif yolları var. Bunlar arasında son 35-40 ildə ən inkişaf etmiş modellərdən biri lizinqdir. Məlumatlara görə, dünyanın inkişaf etmiş ölkələrində iqtisadiyyata investisiya qoyuluşunun 25-30%-i lizinq vasitəsilə həyata keçirilir.
Lizinq bazarının dünyada kifayət qədər inkişaf etməsinə baxmayaraq, Azərbaycanda bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil. 2011-ci ildə Azərbaycanda ümumi investisiya qoyuluşu 21,66 milyard dollar olduğu halda lizinq yolu ilə qoyulan sərmayənin həcmi 150 milyon dollar olub. Yəni, ümumi investisiya qoyuluşunda lizinq əmaliyyatları cəmi 0,7 % təşkil edib.
2010-cu ildə lizinq əmaliyyatları 170 milyon dollar idi. Həmin ildə 17,6 milyard dollar sərmayə qoyulmuşdu ki, burada lizinqin payı 0,96 % olub.
İnkişaf etmiş ölkələrdə lizinqin ümumi investisiya qoyuluşunda payının 30 % və bir qədər də artıq olduğunu nəzərə alsaq, məlum olur ki, Azərbaycanda lizin bazarını bir neçə milyard dollara qədər artırmaq olar. İlkin mərhələdə isə bunun 800 milyon - 1 milyard dollara çatdırılmasının mümkün olduğu bildirilir.
Bu gün ölkəmizdə 30-a yaxın şirkət öz məhsullarını lizinqlə təqdim edir. Bunlar arasında ən güclüsü "Aqrolizinq" ASC sayılır. "Aqrolizinq" ASC dövlət şirkətidir. Bu qurum dövlət başçısının "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı əsasında 2004-cü ildə yaradılıb. Prezidentin müvafiq sərəncamları ilə cəmiyyətin ənənəvi lizinq xidmətlərindən başqa fəaliyyət dairəsi ildən-ilə genişləndirilib. "Aqrolizinq" ASC-yə mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların gətirilib istehsalçılara çatdırılması və kənd təsərrüfatı aqro-texniki işlərin görülməsi kimi əlavə funksiyalar da həvalə edilib. Təsdiqlənməmiş məlumatlara əsasən şirkət yaradıldığı tarixdən indiyədək 300 milyon manatdan artıq dəyərdə lizinq əmaliyyatları həyata keçirb. Son 3 ildə həril orta hesabla şirkət 40 milyon manat həcmində lizinq xidməti təklif edib. Bu da lizinq bazarının 25 %i həcmində iş deməkdir.
Mütəxəssislər Azərbaycanda lizinq xidmətlərinin, şirkətlərinin inkişaf etməməsini qanunvericilik bazasının təkmil olmaması, lizinq əməliyyatlarının əlavə dəyər vergisinin tətbiq edilməsi və ümumi maarifsizliklə əlaqələndirirlər.
1994-cü ildə "Lizinq xidməti haqqında" qanun qəbul edilib. Lakin bu qanun mövcud münasibətləri tam tənzimləyə bilmədiyindən lizinq əməliyyatları Mülki və Vergi məcəllələrinin əsas normativ aktları ilə tənzimlənir.
Əsas çətinlik yaradan cəhət ƏDV-nin tətbiqidir. Lizinq əməliyyatlarında bank kreditlərindən fərqli olaraq alınan avadanlığın dəyərinə ƏDV əlavə edilir və onun maya dəyəri artır. Eyni bir avadanlıq lizinq yolu ilə tərkak satıldıqda da ƏDV tətbiq olunur. Bu vəziyyət bank krediti ilə avadanlıq alınmasının lizinq yolu ilə avadanlıq alınmasına nisbətən daha ucuz başa gəlməsinə imkan verir. Buna görə də Azərbaycanda bank kreditləri ilə avadanlıq və digər əşyaların alınması daha sərfəlidir.
Bazar iştirakçılarının fikrincə, lizinq fəaliyyətinə vergi qoyuluşu problemləri öz təcili həllini və sistemləşdirilməsini tələb edir, çünki indiki vəziyyət lizinq sövdələşməsinin bahalaşmasına və onun bank krediti ilə müqayisədə cəlbedici olmamasına gətirib çıxarır.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, inflyasiyanın yüksək templərində, qeyri-stabil vergi qanunvericiliyi, lizinq əməliyyatlarını tənzimləyə biləcək normativ aktların yoxluğu zamanı lizinq əməliyyatlarının həyata keçirilməsi riskli olur.
Öncə də qeyd etdik ki, lizinq əmaliyyatları çox əhəmiyyətli bir investisiya qaynağıdır. Bu əməliyyatlar həm malını satan, həm lizinqə vermək üçün mal alan, həm də malın son istifadəçisinin maraqlarını tam təmin edir. Lizinq bazarının inkişaf etməməsinin əsas səbəblərindən biri kimi məhz bu fəaliyyət növü ilə bağlı lazımı təsəvvürün olmaması göstərilir.
Lizinq dedikdə daha çox icarə başa düşülür. Amma bu, bizim bildiyimiz ənənəvi icarə forması deyil. Ənənəvi icarə əmlakın başqa şəxsin, yəni icarəçinin müvəqqəti sahibliyinə və istifadəsinə verilməsidir. İcarə zamanı icarəçi əmlakdan istifadə etməklə yanaşı ondan bəhrə götürmək hüququna malikdir. İcarə münasibətləri ikitərəfli xarakter daşıyır.
Lizinq isə əmlakın başqa şəxsin (lizinq alanın) müvəqqəti sahibliyinə və istifadəsinə verilməsidir. Lizinq üçtərəfli münasibətdir. Lizinqin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, lizinq verən əmlakı lizinqə vermək üçün onu mülkiyyət hüququ əsasında əldə etməli və ya hazırlamalıdır. Əgər lizinqə verilən əmlak artıq lizinq verənin mülkiyyətindədirsə, əmələ gələn hüquq münasibəti icarə (kirayə) kimi qiymətləndiriləcəkdir. Lizinqin xüsusiyyətlərindən biri də lizinq alanın alqı-satqı müqaviləsi üzrə tələblərin birbaşa əmlakın satıcısına qarşı irəli sürülməsi hüququna malik olmasıdır.
Buna görə də xarici ölkələrin təcrübəsində lizinq yolu ilə avadanlıq, müxtəlif əmtəələrin alınması, hətta bank kreditlərindən də daha münasib sayılır.
Belə bir müqayisə aparaq: yeni müəssisə yaradan sahibkar müxtəlif texniki vasitələr almalıdır. Pulu var, amma onu texniki vasitələrin alınmasına xərcləsə, digər məqsədlər üçün pul qalmayacaq. Bu halda sahibkar banka üz tutmalıdır. Bank onun istədiyi pulu verə bilər. Lakin müəyyən şərtlərin ödənilməsini tələb edir. Bank ilk növbədə girov təminatı istəyir. Digər tərəfdən, riskləri nəzərə alaraq yüksək % tətbiq edir və vəsaitin qısa müddətə (1-3 ilə) qaytarılmasını istəyir. Bankdan kredit almaq istəyən sahibkar üçün bu şərtlər münasibdirmi? Əlbəttə ki, yox. Çünki sahibkarın girov təminatı yoxdur. İkincisi, qısa müddətə qaytarılacaq vəsaitə görə müəssisə hər ay daha artıq pul ödəməlidir. Belə olduqda sahibkarın ixtiyarında təkrar sərmayə qoyuluşu üçün vəsait qalmır və s.
Təcrübə göstərir ki, bu vəziyyətdə sahibkar üçün ən əlverişlisi icarədir. Lizinq isə icarə formaları arasında ən optimalıdır. Səbəbləri çox sadədir. Lizinqlə texniki avadanlıq və digər vasitələr alınan zaman girov istənilmir. Çünki avadanlıq alınmır, icarəyə götürülür. Aylıq ödəniş kredit üzrə borclanmaya nisbətən çox az olur. Nəhayət, lizinq müqaviləsi bir qayda olaraq 3 ildən uzun müddətə bağlanır.
Deməli, lizinq yolu ilə avadanlıq əldə etməklə sahibkar bir tərəfdən əlində olan pulunu digər məsələlər üçün istifadə edə bilir, ikinci tərəfədən aylıq xərci çox olmadığından kapitallaşması və buradan qaynaqlanaraq gəliri artır. Lizinq müqaviləsinin müddəti bitdikdən sonra sahibkar icarə əsasında istifadə etdiyi avadanlığı tərəflərin razılığı əsasında kiçik vəsait ödəməklə tam sahibinə çevrilir. Qeyd edək ki, lizinq müqaviləsinin obyekti rolunda istehsal zamanı məhv olmayan istənilən növ maddi sərvətlər çıxış edə bilər. İcarəyə götürülmüş obyektin təbiətinə görə daşınmaz və daşınan obyektin lizinqi fərqləndirilir.
Ümumiləşdirsək, lizinq əməliyyatlarının tətbiqi istehsalatın müasirləşdirilməsi və kiçik sahibkarlığın inkişafı yolunda böyük imkandır. Kiçik və orta sahibkarlığın qabiliyyəti aşağı olduğuna, onlar likvid girovun təklif edilməsi imkanına malik olmadıqlarına görə həmin müəssisələrin maliyyələşdirilməsində lizinq şirkətləri mühüm rol oynayırlar.
Bundan başqa, lizinq maliyyə bazarında rəqabətin artmasına xidmət edir. Dövriyyə vəsaitlərinin maliyyələşdirilməsindən aşağı riskli olan lizinq bank kreditindən daha ucuz maliyyələşdirmə üsuludur və onunla birbaşa rəqabət təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə lizinq bank kreditləşməsinin alternativi olaraq müəssisələrə həm lizinqdən, həm də bank kreditindən istifadə ediləməsinə və təmin edilmiş borcun məbləğinin aşmamasına imkan yaradır. Lizinq ümumiyyətlə, iqtisadiyyata kapital qoyuluşlarının həcmini artırır. Lizinq avadanlığın satış həcmlərinin artmasına xidmət edir. Lizinq yerli və xarici mal verənlərə yeni alıcı sayının artması mexanizmini təklif edir.
Lizinq biznesi sahibkarl fəaliyyətinin xüsusi sferası kimi fəaliyyət göstərir. Əgər lizinqdən geniş surətdə istifadə olunarsa, o istehsalın texniki təchizatının, Azərbaycan iqtisadiyyatının yenidən təşkilinin və bazarın yüksək keyfiyyətli mallarla doldurulmasının güclü impulsu kimi çıxış edə bilər. Lizinq sövdələşmələrinin effektivliyi özünü investisiya prosesinin aktivləşdirilməsində lizinq alan müəssisənin maliyyə durumunun yaxşılaşmasında, xırda və orta biznesin rəqabət qabiliyyətliliyinin artırılmasında göstərir.
Lizinq xidmətinin bir investisiya mexanizmi kimi inkişafı nəticəsində banklar və sığorta şirlətləri də lizinq münasibətlərinə qatılırlar. Bankların lizinq xidmətləri bazarına daxil olmaları 2 amillə bağlıdır: lizinq kapital tutumlu biznes növüdür, banklar isə pul resurslarının əsas sahibləri sayılırlar, lizinq xidmətləri öz iqtisadi təbiətləriə görə bank kreditləşdirilməsi ilə sıx bağlıdır və axırıncının özünəməxsus alternativdir.
Dostları ilə paylaş: |