Əlyazması hüququnda h üseynova Nərmin Hətəm qızı (magistrantin a. S. A.) «kommersiya fəALİYYƏTİNDƏ LİZİNQİn rolu və İNKİŞaf perspektiVLƏRİ»



Yüklə 0,84 Mb.
səhifə7/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#106627
1   2   3   4   5   6   7   8   9   10   ...   54
Lizinqin formaları və növləri

Tabeliliyindən asılı olaraq lizinqin aşağıdakı müxtəlif növləri mövcuddur:

·   sövdələşmə iştirakçılarının sayı;

·   əmlakın tipi;

·   bazar sektorları;

·   lizinq ödənişlərinin formaları;

·   öhdəliklərin həcmi (xidmətin həcmi);

·   əmlakdan istifadənin və onunla bağlı olan amortizasiya şərtlərinin müddəti.

Lizinqin növlərinin təsnifatı bir sıra şərtlərlə çətinləşmişdir. Müxtəlif ölkələrinin hüquqi sistemlərində həm lizinqin özünün, həm də onun növlərinin tərifi üzrə müxtəlif yanaşmalar mövcuddur. Lizinqin müxtəlif növləri konkret, iştirakşılar tətfindən qeyd olunan şərtlərdən asılı olaraq bir müqavilə çərçivəsində bir-biri ilə uzlaşa bilirlər.

Sövdələşmənin iştirakçılarının (subyektlərin) sayından asılı olaraq fərqləndirilirlər:

·   ikitərəfli lizinq sövdələşmələri (və yaxud birbaşa lizinq kimi adlandırılan), bu zaman əmlakla təchiz edən və lizinq verən eyni bir şəxs kimi çıxış edirlər;

·   çoxtərəfli lizinq sövdələşmələri (və yaxud dolayı lizinq kimi adlandırılan), bu zaman əmlakı lizinqə əmlak təchizatçısı deyil, maliyyə vasitəçisi verir кi, вunun da simasında lizinq şirkəti çıxış edir, iştirakçıları sayı 4-dən 6-7-dək olur. Sövdələşmənin bu növünün klassik variantı kimi üçtərəfli sövdələşməni göstərmək olar: burada əmlak təchizatçısı, lizinqəverən və lizinq alan iştirak edirlər.

Əmlakın tipinə görə fərqləndirilirlər:

·   daşınan əmlakın lizinqi (sənayenin müxtəlif sahələri üçün işçi maşınlar və avadanlıqlar, hesablama texnikası və təşkilat texnikası, nəqliyyat vasitələri və s.);

·   daşınmaz əmlakın lizinqi (istehsalat binaları və qurğuları). Daşınmaz əmlakın lizinqi zamanı icarəyəverən daşınmaz əmlakı icarəyəverənin göstərişinə əsasən tikir və yaxud alır və ona, kommersiya və istehsalat ehtiyacları üçün istifadəyə verir. Daşınan əmlakın lizinqində olduğu kimi kontrakt, adətən obyektin amortizasiya müddətinə bərabər və yaxud ondan az olan dövrə bağlanılır; icarəyəalan kontraktın fəaliyyət göstərdiyi dövr ərzində bütün rickləri, xərcləri və vergiləri özü daşıyır.

Yeni əmlakın lizinqini (birinci əldən) və istifadədə olmuş əmlakın lizinqini (ikinci əldən) bir-birindən fərqləndirirlər, yəni sahibkar mülkiyyətçisi olduğu və artıq ondan istifadə etdiyi əmlakı satır.

Lizinq əməliyyatlarının həyata keçirildiyi вazarın sektorundan asılı olaraq aşağıdakılar fərqləndirilir:

·   daxili lizinq, bu zaman sövdələşmənin bütün iştirakçıları eyni bir ölkəni təmsil edirlər;

·   xarici (beynəlxalq) lizinq, bu zaman lizinq verən və lizinq alan müxtəlif ölkələrdə yerləşiblər. Əmlakın satıcısı bu ölkələrdən birindən və yaxud digər dövlətdən ola bilər.

Lizinq ödənişlərinin formasından asılı olaraq fərqləndirilir:

·   pulla ödənişli lizinq, bu zaman ödənişlər pul formasında həyata keçirilir;

· kompensasiyalı ödənişlə lizinq (və yaxud kompensasiyalı lizinq kimi adlandırılan), bu zaman lizinq alan lizinq verənlə bir qayda olaraq icarəyə götürülmüş əmlakda istehsal olunmuş mallarla hesablaşır, və yaxuq ona qarşılıqlı xidmətlər göstərir;

·   qarışıq ğdənişli lizinq, bu zaman ğdənişin bir hissəsi pul formasında daxil olur, digər hissəsi isə - mallar və xidmətlər şəklində.

Xidmətin həcminə görə lizinqə verilən əmlak aşağıdakılara ayrılır:

·   Xalis lizinq (net leasing) - bu, elə bir münasibətlərdir ki, bu zaman əmlaka göstərilən bütün xidmətlər lizinq alan tərəfindən həyata keçirilir. Buna görə də avadanlığa xidmətə görə xərçlər lizinq ğdənişlərinə daxil edilmirlər..

·  Nəm (yaş) lizinq (wet leasing) - avadanlığa mütləq texniki xidməti, onun təmirini, sığortalanmasıını və s. qzrə lizinq verənin daşıdığı məsuliyyətləri nəzərdə tutur. Bu xidmətlərdən başqa, lizinq alanın arzusu ilə lizinq verən, ixtisaslı işçi heyətinin hazırlanması, marketinqin, xammalın göndərilməsini və s. üzrə öhdəlikləri də öz üzərinə götürə bilər.

Əmlakdan istifadə müddətinə görə və bununla bağlı olan amortizasiyanın şərtlərinə görə fərqləndirilir:

·   tam özünü ödəyən və, deməli, əmlakın tam amortizasiyası ilə lizinq, bu zaman müqavilənin müddəti əmlakın normativ üzrə xidmət müddətinə bərabər olur və lizinq verənə lizinqə götürülən əmlakın dəyərinin tam ödənişi baş verir;

· özünü natamam ödəyən və, deməli, əmlakın natamam amortizasiyası ilə lizinq, bu zaman müqavilənin müddəti əmlakın normativ üzrə xidmət müddətindən azdır və onun fəaliyyət göstərdiyi müddət ərzində lizinqə götürülən əmlakın dəyərinin ancaq bir hissəsi özünü ödəyir.

Lizinq əmlakının müqavilə müddəti və özünü ödəmə dərəcəsi (amortizasiyası) lizinqin: maliyyə və operativ lizinqə bölünməsinin əsas meyarlarından biridir.



Operativ lizinq qısa və orta müddətət bağlanılmış (adətən amortizasiya dövründən qısa olan dövrə) elə lizinq kontraktlarını nəzərdə tutur ki, bunlara əsasən icarəyə götürənə müqaviləyə istədiyi zaman xitam etmək hüququ verilir (müəyyən müddəti gözləmək şərtilə). Bir qayda olaraq, bu, lizinq obyektinin icarəyə götürənləri tez-tez dəyişəndə baş verir. İcarəyəverən bu zaman yüksək riskə gedir, tez-tez dəyişən icarəçilər isə lizinq şirkətini lizinq predmetinin vəziyyətinin daha yaxşı olmasına xüsusi maraq göstərməsinə məcbur edirlər. Çox vaxt lizinq şirkəti lizinq obyektinin texniki xidmətini - reqlament üzrə təmiri, sığortalanmanı, öz üzərinə götürür,- bnunla da tam servisli lizinqi və yaxud qismən servisli lizinqi həyata keçirir (kontraktda öhdəliklərin bölüşdürülməsi qeyd olunur). Lizinq müqaviləsinin fəaliyyət müddəti qutardıqdan sonra müqavilənin pradmeti onun sahibinə qaytarıla bilər və yaxud yenidən icarəyə verilə bilər.

Maliyyə lizinqi kontraktın uzun müddəti ilə (5 ildən 10 ildək) və avadanlığın bütün və yaxud onun bir hissəsinin amortizasiyası ilə xarakterizə olunur. Faktiki olaraq maliyyə lizinqi alışın uzunmüddətli kreditləşdirilməsi formasıdır. Fəaliyyət müddəti bitdikdən sonra icarəçi icarə obyektini geri qaytara bilər, müqavilənin müddətini uzada bilər və yaxud yenisini bağlaya bilər, həmçinin obyekti qalıq qiyməti (adətən o, rəmzi məna daşıyır) ilə satın ala bilər.

Maliyyə lizinqi öz tərəfindən aşağıdakılara ayrılır:

·   geri qaytarılan lizinq;

·   leveric lizinq.

·   sublizinqг;

·   satışlarda köməkçi lizinq.



Leveric lizinq

Leveric lizinq — maliyyə lizinqinin xüsusi formalarından biridir, bu zaman icarəyə verilən avadanlığın dəyərinin ən çox hissəsi üçüncü şəxsdən (investordan) kirayəyə götürülür, və icarə müddətinin birinci yarısında icarəyə götürülmüş avadanlığa görə amortizasiya ayırmaları və avadanlığın alınmasına götürülmüş kreditə görə faizlərin ödənişi həyata keçirilir. Bu isə investorun vergiyə cəlb olunan gəlirini azaldır və vergininin müddətinin dəyişlməsi effektini yaradacaqdır.

Lizinqin bu forması çox mürəkkəbdir, çünki o, əlavə vəsait cəlb olunmasını nəzərdə tutur və çoxkanallı maliyyələşdirmə ilə bağlıdır. О, bir qayda olaraq, çox bahalı layihələrin həyata keçirilməsində istifadə olunur.

Levericin fərqli cəhəti ondan ibarətdir ki, lizinq verən, avadanlığı alarkən öz vəsaitlərindən bütün məbləği deyil, onun bir hissəsini ödəyir. Bu zaman o, yerdə qalan məbləği kredit kimi bir və ya bir neçə kreditorlardan alır. Buna baxmayarq, lizinq şirkəti əmlakın tam dəyərindən hesablanmış bütün vergi güzəştlərindən istifаdə etməkdə davam edir.

Lizinqin bu növünün fərqli xüsisiyyətlərindən biri də odur ki, lizinq verən borcu müəyyən şərtlərlə götürür, yəni onlar ölkədəki əsas maliyyə-kredit münasibətləri üçün xaraktüerik deyildirlər. Məsələn, kredit, lizinq verənin aktivinə iddia qaldırılması hüququnun olmaması ilə rəsmiləşdirilir. Buna görə də lizinq verən kreditorların xeyrinə borcun ödəniləsinə kimi əmlakı girova qoyur və lizinq ödənişlərinin bir hissəsinin borcun ödənilməsinə güzəştə gedir.

Yəni, bu zaman, sövdələşmə üzrə əsas riski ancaq borcu verən kreditorlar: bank, sığorta şirkətləri, investisiya fondları və yaxud digər maliyyə idarələri daşıyırlar, borcun qaytarılmasının təminatı lizinq ödənişləri ilə və lizinqə verilmiş əmlakla yerinə yetirilir. Qərbdə iri lizinq sövdələşmələrinin 85%-dən çoxu məhz leveric-lizinqin əsasında qurulmuşdur. Almaniyada və digər ölkələrdə bir işgüzarlıq adəti kimi kreditorlar, investisiya layihəsinin maliyyələşdirilməsini (layihə maliyyələşdirilməsi sövdələşmələri) dəyərin 85%-i qədərində həyata keçirirlər, lizinq verənlər isə yerdə qalan 15%-i ödəyirlər, yəni leveric 5,7-ə bərabərdir.




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin