Şəkil 2.6. Strategiyanın beş elementi (Genri Minsberqə görə) [9]
Təşkilatın strategiyası – təşkilatın rəqiblərə qarşı mövcudluğunun və gücünun möhkəmləndirilməsi naminə bir-biri ilə bağlı olan uzunmüddətli tədbirlərin və yaxud yanaşmaların komplesindən ibarətdir. Təşkilatın strategiyası – öz mahiyyətinə görə - qərarların qəbul edilməsi üçün qaydalar dəstindən ibarətdir ki, bunlardan təşkilat öz fəaliyyətində istifadə edir.
Strateji plan – şirkət və yaxud bölmə (strateji biznes-vahidlər (SBV)) səviyyəsində işlənib hazırlanan plandır ki, şirkətin məramının (missiyasının), onun uzunmüddətli artım istiqamətlərinin müəyyən olunması, şirkətin malları çeşidinin işlənib hazırlanması üçün əsasın yaradılması və resursların şirkətin bölmələri arasında bölüşdürülməsi məqsədilə tərtib olunur.