Əlyazması hüququnda m əmmədli Nicat Nizami oğlu (magistrantin a. S. A.) «kommersiya münasiBƏTLƏRİNİN İdarə ediLMƏSİ yollari və onlarin təKMİLLƏŞDRİLMƏSİ»



Yüklə 0,59 Mb.
səhifə9/37
tarix06.01.2022
ölçüsü0,59 Mb.
#111986
1   ...   5   6   7   8   9   10   11   12   ...   37
Sahibkarlıq qərarları – rəhbər tərəfindən onun vəzifə səlahiyyətləri və səriştəsi çərçivəsində təsərrüfat subyektinin (təşkilatın) məqsədlərinə nail olmağa yönəldilmiş alternativin seçimindən ibarətdirlər.

İdarəetmə qərarlarının qəbul olunmasına aid olan tədqiqatların xarakterik cəhətlərindən biri, - onların fənnlərarası xarakterdə olması, müxtəlif, bəzən öz predmetinə görə bir-birindən uzaq olan elm sahələrinin birliyindən ibarət olmaıdır. Qərarların qəbul olunması nəzəriyyəsində filosoflar və riyaziyyatçılar, psixoloqlar və sosioloqlar, iqtisadçılar və hüquqşünaslar iştirak edirlər.



Sahibkarlıq qərarlarının qəbul olunması texnologiyası altında, alternativlərin işlənilməsi və optimallaşdırılması metodları ilə birgə ticarət təşkilatının problemlərinin həllinə gətirib çıxaran proseduraların tərkibi və ardıcıllığı başa düşülür.

Rəhbər üçün qərarın qəbul olunması – son məqsəd deyildir. Meneceri alternativin seçimi deyil, müəyyən idarəetmə probleminin həll olunması daha çox narahat edir. Bunun üçün çox vaxt təkbaşına qərarların qəbul olunması deyil, qərarların müəyyən ardıcıllığı və şübhəsiz ki, onların həyata keçirilməsi tələb olunur.

Bu zaman, qərar qəbul eləyən şəxsi, qərarın işlənilməsinin müxtəlif mərhələrində bu prosesə cəlb olunmuş ekspertlərdən ayırmaq lazımdır. Bir çox hallarda qəraralr kollektiv formada, qrup tərəfindən qəbul olunurlar. Qrupun, qərarın qəbul olunması prosesinə təsiri, onların malik olduqları informasiyanın mövcudluğu, və nəhayət, onların nəzərdə tutduqları maraqlar həm üşt-üstə düşə bilər, həm də düşməyə bilər. Buna baxmayaraq, onlar bir yerdə - qrupvari qərar qəbul eləyən şəxslərdir.

Normativ yanaşma çərçivəsində qrupvari qərar qəbul eləyən şəxslər siyahısına daxil edilən şəxslər və ekspert kimi cəlb olunanlar müəyyən olunmalıdırlar.

Buna görə də, qərar – bir anlıq akt deyil, vaxt ərzində inkişaf edən və müəyyən quruluşa malik olan prosesin bir nəticəsidir (şək.1.7.)


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin