Strateji təhlil («portfel analizi») – strateji planlaşdırmanın əsas elementlərindən biridir. Strateji təhlil strateji idarəetmənin aləti kimi çıxış edir, bunun vasitəsilə müəssisənin rəhbərliyi daha mənfəətli və perspektiv istiqamətlərə vəsait qoyuluşu üçün öz fəaliyyətini müəyyən edir və qiymətləndirir. Portfel təhlilininəsas metodu ikiölçülü matrisaların qurulmasıdır. Bu matrisaların köməyi ilə istehsalların, bölmələrin, proseslərin, məhsulların müvafiq meyarlar üzrə müqayisəsi yerinə yetirilir.
Strateji menecment məsələləri üzrə akademik və tətbiqi ədəbiyyat, bir qayda olaraq, biznes-vahid səviyyəsində strategiyalara həsr olunub: biznes-vahid bazarda necə mövqeləşir, rəqabət üstünlüyü qazanmaq üçün öz imkanlarından necə istifadə edir [9]. Əgər bütün şirkətlər Adam Smitin iynə fabriki kimi asan olsaydılar bu tövsiyələr kifayət qədər olardı. Lakin, nəzərə alsaq ki, indiki zamanda kommersiya şirkətlərinin böyük bir əksəriyyəti mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş biznes-vahidlərin mürəkkəb toplusundan ibarətdirlər, şirkətlərin rəhbərləri müxtəlif bölmələrin işinin əlaqələndirilməsi və sinergiya yaradılması üçün üsullar axtarırlar. Bir çox şirkətlər problemi matrisa təşkilatlarını tətbiq etməklə həll etməyə cəhd göstərirlər [15]. Tipik matrisa təşkilatı şək. və şək. –də göstərildiyi kimidir və burada hər bir biznes-vahid həm şirkət səviyyəsində funksional menecerlərə, həm də məhsul xətti və yaxud biznes istiqaməti üzrə menecerə tabe olur, yerli müəssisələr qlobal məhsul xətlərinə və yerli rəhbərliyə tabe olurlar.
Cədvəl 2.2.
Matrisa təşkilatı: funksional menecerlərə və məhsul xətlərinə tabeçilik
Dostları ilə paylaş: |