Əlyazması hüququnda t ağızadə Elçibəy Kamandar oğlu (magistrantin a. S. A.) «Fond birjalarinin əsas iqtisadi göstəriciləri və onlarin təhlili yollari»


Alfa (α), beta (β) əmsalları və volatillik



Yüklə 1,46 Mb.
səhifə11/23
tarix01.01.2022
ölçüsü1,46 Mb.
#104989
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
Alfa (α), beta (β) əmsalları və volatillik.

1. Beta əmsalı - ayrı -ayrı alətlərin (səhmlər və s.) qiymətlərinin dəyişilməsi ilə indeksin dəyişilməsi nisbətlərini ifadə edir. Məsələn, əgər təşkilatın betası 2-yə bərabərdirsə, indeksin 1% artımı səhmlərin 2% artımına səbəb olacaqdır. Əgər indeks 2% artacaqdırsa, səhmlər - 4% artacaqdır və s. Müvafiq olaraq əgər hər hansı bir səhmin beta əmsalı mənfi göstəricidirsə, asılılıq da mənfi olacaqdır. Əgər əmsal "0"-a bərabərdirsə, bu zaman indeks ilə səhm arasında əlaqə olmayacaqdır.

Beta əmsalı alətin kurs dayanıqlığının müəyyən olunması üçün istifadə olunur, deməli:


  • betası 1-ə dərabər olan səhmlər sabit səhmlər sayılırlar və onlar bütöv bazarla birlikdə hərəkətdə olurlar;

  • betası 1-dən az olan səhmlər dayanıqlı səhmlər sayılırlar və onlar bazarı enmələr dövründə də qoruya biləcəklər;

  • betası 1-dən yuxarı olan səhmlər riskli səhmlər sayılırlar və onlar mənfəəti/zərəri artıra bilərlər.

2. Alfa əmsalı - ayrı -ayrı alətin qiymətinin dəyişilməsidir (indeksdən asılı olmadan).

3. Volatillik - alətin qiymətinin orta ölçülərə nisbətən dəyişilmə dərəcəsidir.

Volatilliyi 2 əsas növə ayırmaq olar:


Alətlərin qiymətlərinin proqnozlaşdırılması ilə deyil, ancaq volatillik əsasında özünün ticarət strategiyasını qurmaq mümkündür, məəsələn opsionların satışını təşkil etməklə.

Multiplikatorların daha tam siyahısı cədv. 1.1.-də verilmişdir

Bazara təsir göstərən ABŞ-ın əsas indikatorları aşağıdakılardan ibarətdir:


  • Employment Report - Məşğulluq haqqında hesabat.

  • Gross Domestic Product (GDP) - Ümumi Daxlili Məhsul (ÜDM).

  • Consumer Price Index - İstehlak qiymətlərinin indeksi.

  • Producer Price Index - İstehsalçı qiymətləri indeksi..

  • Purchasing Managers Index - Alışlar üzrə menecerlərin milli assosiasiyanın indeksi.

  • Durable Goods Orders - Uzunmüddətli istifadə olunan mallara edilən sifarişlər.

  • New Home Sales - Yeni yaşayış binalarının satışı.

  • . Existing Home Sales - Daşınmaz əmlakın təkrar bazarında satışlar.

  • Construction Spending - Tikinti xərcləri.

  • Housing Starts - Tikilməkdə olan yaşayış binalarının sayı.

  • Employment Cost Index- Məşğulluğun təmin olunmasına çəkilən xərclər indeksi .

  • Non Farm Payrolls Unemployment Cost Index - İqtisadiyyatın qeyri-kənd təsərrüfatı sahələrində yaradılmış yeni işçi yerlərinin sayı.

  • Total İndustrial Production İndex – Ümumi sənaye istehsalı indeksi.

  • Retail Sales - Pərakəndə satışlar.

  • FOMC Interest Rate - Faiz dərəcələri üzrə qərarlar.

  • Average number of weekly initial claims for unemployment – İşsizliyə görə müavinətin alınmasına həftə ərzində edilən ilkin müraciətlər.

Number of average weekly hours w orked in manifacturing - Məşğulluq haqqında hesabat.


Cədvəl 1.1.



Multiplikatorlar


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin