§ 2.3. Fond birjasının orta müddətli dövrə maliyyə-iqtisadi fəaliyyətinin və effektivliyinin təhlili yolları
Fundamental və/və yaxud texniki analizin metodları əsasında bazarda doğru-dürüst qərarların qəbul olunması üçün tarixi göstəricilərdən, yəni qrafiklərdə əks olunmuş keçmiş dövrlərin göstəricilərindən və seçilmiş texniki analizin hər hansı bir indikatorunun siqnallarından istifadə etməklə sistemin yoxlanılması vacib şərtlərdən biridir. Başqa sözlə, biz öz qərarlarımızı, yəni almaq/satmaq və nəticələrimizi mənfəət/zərər bir daha nəzərdən keçiririk və qərarların qəbul olunması sistemi, başqa sözlə, ticarət sistemi əsaslıdırsa, yəni mənfəət gətirirsə, sonrakı maddəyə - kapitalın idarəedilməsi maddəsinə keçid etmək olar.
Bu zaman aşağıdakı suallara cavab tapmaq lazımdır:
1. Sistemin riyazı gözləməsi nədən ibarətdir?
2. Mümkün ola bilən «çökmələr» (zərərlər) nə qədərdir?
3. Mənfəətin mümükn ola bilən ölçüsü nə qədərdir?
Daha sonra isə limitləri müəyyən etmək və ticarət əməliyyatlarıının məqsədlərini müəyyənləşdirmək lazımdır:
1. Kapitalın ölçüsü:
ticarət üçün ayrılmış kapitalın ümumi ölçüsü;
bir sövdələşmə üçün ayrılmış kapitalın ölçüsü.
2. Zərərlər:
3. Mənfəət:
Ticarətin nəticələrinə görə hansı mənfəəti gözləyirik, məsələn, 1 il ərzində;
ay (kvartal) ərzində hansı mənfəəti gözləyirik;
1 sövdələşməyə hansı mənfəəti gözləyirik.
4. Brokerdən kreditin hansı ölçüsünü («çiyin») götürə bilərik.
Dostları ilə paylaş: |