Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Tədqiqatın informasiya bazasını araşdırılan mövzu üzrə yerli və xarici müəlliflərin elmi işləri, rəsmi və biblioqrafik mənbələr təşkil edirlər. Tədqiqatın alətlər bazası kimi daha çox nəticə verə bilən elmi dərketmə, araşdırmalar və təhlil metodlarından istifadə olunmuşdur. Elmi dərketmə metodları kimi empirik tədqiqatlar metodundan (müqayisəetmə və s.), həm empirik, həm də nəzəri tədqiqat səviyyəsində istifadə olunan metodlardan (təhlil, sintez və s.), həmçinin nəzəri tədqiqat metodundan istifadə olunmuşdur. Buraxılış işində beta-əmsalın qiymətli kağızalar bazarının təhlilində istifadə olunması istiqamətləri göstərilmişdir.
Tədqiqatın elmi yeniliyi.Tədqiqat işində aparılan araşdırmalar əvvəlki ümumi yanaşmalardan özünün kompleksliliyi ilə fərqlənir, kommersiya fəaliyyəti sahəsində birja ticarətinin yerinin müəyyən olunması və bu məsələdən irəli gələn xüsusiyyətlərin dərindən araşdırılması əsasında tədqiqat metodları tətbiq edilməklə maraqlı nəticələr əldə edilmişdir.
Tədqiqiatın praktiki əhəmiyyəti.Elmi tədqiqatın nəticələri kimi əldə olunan təkliflər praktiki əhəmiyyətliliyə malikdirlər və təcrübədə istifadə oluna bilər.
I FƏSİL. BİRJALARIN MAHİYYƏTİ VƏ TƏKAMÜLÜ. BİRJA TİCARƏTİNİN MÜASİR DÜNYA İQTİSADİYYATINDA ROLU