Əlyazması hüququnda t ağızadə Elçibəy Kamandar oğlu (magistrantin a. S. A.) «Fond birjalarinin əsas iqtisadi göstəriciləri və onlarin təhlili yollari»


«Nisbi qüvvə əmsalı» indikatoru - RSI (Relative Strenght Index)



Yüklə 1,46 Mb.
səhifə15/23
tarix01.01.2022
ölçüsü1,46 Mb.
#104989
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
4. «Nisbi qüvvə əmsalı» indikatoru - RSI (Relative Strenght Index).

Uilyam Uilder tərəfindən 1978-ci ildə «Parabolika» indikatoru kimi təklif olunmuşdur Foreks valyuta bazarı üşün ən yaxşı indikatorlardan biridir.

Nisbi qüvvə indikatoru qiymətləri müşahidə edir və qiymətlərin müsbət dəyişmələrinin cəmini və onların mənfi dəyişmələrinin cəmini ölçür.

RSI siqnalları:



  1. 70 xəttindən yuxarı indikator - satışa hazırlaşırıq.

  2. 30 xəttindən aşağı - alışa hazırlaşırıq.

  3. Əgər divergensiya mövcuddursa - indikatorun siqnallarının dalınca gedirik.

  4. İndikatorun qrafikində qrafik modelləri axtarırıq (bayraqlar, üçbucaqlar və s.).

5. «Stoxastik ossilyator» Индикатор (Stochastic Oscillator).

Bu ossilyator o momentləri göstəriri ki, bu zaman qiymətlər ticarət dəhlizinin sərhədlərinə yaxınlaşır və o, iki əyridən ibarət olur.



  • cəld - К%;

  • zəif - D%.

К% müəyyən müddətlər ərzində cari qiymətin qiymət diapazonuna nisbətən (qiymət maksimumuna və minimumuna nisbətən) harada yerləşməsini göstərir. Onun vaxt ərzində dəyişilməsi qiymətin hansı istiqamətdə hərəkət etməsini göstərir.

D% - К%-in sürüşkən ortasıdır.

Qiymət qrafiki altında qurulur. İki xətti çəkilir: 80 (bundan yuxarıda olan hər şey - hamısı alınmış) və 20 (bundan aşağıda olan hər şey - hamısı satılmış).

İndikatorun siqnalları:

1. 80 xəttindən yuxarı iki stoxastiklərin kəsişməsi - sаtmaq.

2. 20 xəttindən aşağı kəsişmə - аlmaq.

3. Cəld stoxastika К% 80 xəttiniyuxarıdan aşağıya doğru kəsib keçirsə - bazarda hər şey satılmışdır, almaq artıq gecdir, və deməli, satışa hazırlaşırıq, və yaxud əksinə olaraq, 20 xəttindən yuxarıdan aşağıya doğru kəsib keçərkən.

4. Divergensiyadan RSI indikatorunda olduğu kimi istifadə etmək lazımdır.

6. «Bollincer zolaqları» indikatoru (Воllinger Bands)

«Bollincer zolaqları» sürüşkən orta ətrafında qurulan ticarət kanalıdır. Zolaqların eni (yuxarı və yaxud aşağı zolaqdan orta sürüşkənin ortasına kimi olan məsafə) qiymətlərin standart kənarlaşmasına tam mütənasibdir. İki standart kənarlaşma eninə malik olan zolaqlarda qiymətlərin 95,5%-i, üç standart kənarlaşma eninə malik olan zolaqlarda isə qiymətlərin - 99,7%-i mövcuddurlar.

«Bollincer zolaqları» indikatorunun siqnalları:

1. Qiymətlər aşağı sərhəddədirlər və xüsusilə də onlar yuxarı məhdudiyyət xəttini keçiblərsə - alırıq.

2. Qiymətlər yuxarı sərhəddədirlər və xüsusilə də onlar aşağı məhdudiyyət xəttini keçiblərsə - satırıq.

3. Birinci iki maddə o vaxt tətbiq olunur ki, bu zaman zolaqların eni əhəmiyyətlidirsə, onların darlaşması zamanı səviyyəsinin dəlik açma taktikasıını seçirik.

7. «Pul axını indeksi» indikatoru — МFI (Monеу Flow Indeх).

МFI pul vəsaitlərinin alət üzrə hərəkərini (pullar bazara «gəlirlər» və yaxud oradan «gedirlər») qiymətləndirir və bu zaman müsbət və mənfi ölçüləri müqayisə edir. Bu indikator qiymət qrafikinin altında ayrıca pəncərədə qurulur.


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin