Əlyazması hüququnda



Yüklə 0,54 Mb.
səhifə10/25
tarix10.01.2022
ölçüsü0,54 Mb.
#108622
1   ...   6   7   8   9   10   11   12   13   ...   25
Verginin bir dəfə tutulması prinsipi nəzərdə tutur ki, normal fəaliyyət göstərən vergi sistemində eyni bir mənbə, yaxud obyekt iki, yaxud daha artıq növ vergiyə cəlb olunmamalıdır. Bu prinsip Vergi Məcəlləsinin 3.5-ci maddəsində öz əksini tapmışdır: “Heç bir kəs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.”. Lakin ilk baxışdan elə təəssürat yaranır ki, ölkə verginin sistemində eyni bir gəlir məbləğinin iki-üç və daha artıq dəfə vergiyə cəlb olunması halları mövcuddur. Belə ki, məsələn, Vergi Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq rezident müəssisənin mənfəəti əvvəlcə 20 % dərəcə üzrə, sonra isə 122-ci maddəsinə əsasən ödənilən dividenddən 10 % dərəcə üzrə vergi tutulur. Lakin bu şəkildə yanaşma heç də düzgün deyildir. Nəzərə alınmalıdır ki, bu zaman tutulan verginin ödəyici eyni bir şəxs deyil, ayrı-ayrı şəxslərdir.

Effektli vergi sisteminin qurulması üçün vergi sisteminin şəffaflığı prinsipi (bəzən o, aşkarlıq prinsipi də adlandırılır) yüksək əhəmiyyət kəsb edir. Vergi sisteminin şəffaflığı məsələsi seçicilərin dövlətin vergi siyasətinə dəyişikliklərin edilməsi ilə bağlı hüquqlarının reallaşdırılması, praktikada vətəndaşların bu və ya digər vergilərin təsərrüfat fəaliyyətinə təsirinin qiymətləndirilməsi və onların vətəndaşların özəl maliyyə vəziyyətinə təsiri nəticələrinin proqnozlaşdırılması imkanı vasitəsilə cəmiyyət tərəfindən ona nəzarətin edilməsi üçün şəraitin yaradılması müstəvisində özünü ifadə edir.

İqtisadi ədəbiyyatda bu prinsipin daha sadə izahına rast gəlmək mümkündür ki, bu da yalnız vergi qanunlarının və digər normativ aktların rəsmi nəşr olunması tələbi, həmçinin vergi orqanlarının vergilərin hesablanması qaydaları barədə müvafiq izahlar verməsi öhdəliyi (vəzifəsi) ilə bağlıdır. Vergi Məcəlləsinin 24.0.3-cü maddəsinə uyğun olaraq “Vergi orqanları ... vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat verməyə, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə ... borcludurlar.” [2].

Praktikada səmərəli vergi sisteminin qurulması zamanı vergitutmada iqtisadi effektlilik və ədalətlilik tələblərinin birgə təmin olunması çox çətindir. Xüsusilə də, proqressiv vergitutma dərəcələrindən istifadə edilməklə fiziki şəxslərin gəlir vergisi nisbi ədalətlilik və bərabərlik prinsipinin reallaşmasına imkan verir, lakin gəlirlərin uçotu və onlara nəzarətin təşkili nöqteyi-nəzərindən onu sadə və hətta neytral adlandırmaq olmaz. Eyni zamanda, quruluş təşkili baxımından sadə hesab edilən vergilər neytral ola bilərlər, lakin bu zaman onlar nisbi ədalətlilik prinsipinin tam şəkildə reallaşması üçün çevikliyə və imkana malik olmaya bilərlər.

Yuxarıda qeyd edildiyi kimi, iqtisadi effektlilik tələbi vergilərin neytallılığı, təşkilati sadəliyi və çevikliyi yolu ilə, ədalətlilik tələbi isə - mütləq və nisbi bərabərlik və vergi sisteminin şəffaflığı vasitəsilə əldə olunur. Bu tələblər arasındakı ziddiyyətlər dövlətin vergi siyasətinin reallaşdırılması və bir sıra problemlərin həlli zamanı özünü göstərir və tam şəkildə aradan qaldırıla bilməz. Xüsusilə də bu ziddiyyətlər vergi güzəştlərinin müəyyən edilməsi zamanı özünü açıq şəkildə göstərir. Belə ki, bu güzəştlər bir tərəfdən, vergitutmada ədalətlilik və bərabərliyi “bərpa etməyə” yönəldilmişdir, digər tərəfdən isə, onlar vergilərin hesablanması mexanizmini mürəkkəbləşdirir və onların təhrifedici fəaliyyətini gücləndirir.

Məlumdur ki, effektli vergi sistemi elm və texnikanın ən yeni nailiyyətlərinə, istehsalın və əməyin yeni təşkilinə əsaslanan, müasir elmi səviyyə ilə müşayiət olunan texnoloji bazanın köməyi ilə daha çox innovasiya xüsusiyyətinə malik innovasiyalı-investisiyalı istehsal tipinin, yeni maddi nemətlərin geniş təkrar istehsalının inkişafına şərait yaratmalıdır. Bu məqsədlə də vergitutma elementlərini özündə birləşdirən elə bir vergi mexanizmi lazımdır ki, bu yeni yaradılan dəyərin bir hissəsinin tutulması zamanı investisiyaların həcminin, istehsalın inkişafının artımına təkan vermiş olsun.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin