Əlyazması hüququnda



Yüklə 0,54 Mb.
səhifə21/25
tarix10.01.2022
ölçüsü0,54 Mb.
#108622
1   ...   17   18   19   20   21   22   23   24   25

Dövlət büdcəsinin xərclərində investisiya yönümlü xərclərin payı ildən ilə artır. 2010-cu ildə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dövlət büdcəsi hesabına 4.889,9 milyon manat (ümumi büdcə xərclərinin 41,6 faizi qədər) inves-tisiya qoyulmuşdur.


2005-2010-cu illəri əhatə edən son 5 il ərzində ölkəmizin iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 31.806,7 mln. manat miqdarında olmuşdur. Bu kredit qoyuluşlarının 31,5%-ni (10.014,5 milyon manat) qısamüddətli, 68,5%-ni uzunmüddətli kredit qoyuluşları (21792,2 milyon manat) təşkil etmişdir.

İnvestisiya fəaliyyətinin maliyyələşdirilməsi mənbələrinin araşdırılması bu günki dövrdə çox mühüm əhəmiyyət kəsb edir. Əsrin müqaviləsi sazişi bağlandıqdan sonra Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar ilbəil artmağa başlamış və bu investisiyaların 90%-i birbaşa xarici investisiyalar təşkil etmişdir. Yatırılan investisiyaların çox hissəsi isə iqtisadiyyatın neft sektoruna qoyulmuş və digər sahələr bu prosesə qismən qoşulmuşlar. Azərbaycanın neftdən aldığı gəlirlər tədricən artmağa başlandığından daxili mənbələr hesabına qeyri-neft sektoruna da investisiya qoyuluşu həyata keçirilməyə başlandı və bu prosesdə həm dövlət və həm də yerli firmalar iştirak eməyə başladılar. Gələcəkdə investisiya layihələrinin maliyyələşdirilməsinin digər mənbələrinin də aşkarlanması nəzərdə tutulur [14].



2004-2013-cü illərdə iqtisadiyyatın inkişafı ilə əlaqədar investisiyaların həcmində artım müşahidə olunur. Bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşlarının həcmi 2004-cü ildə 5,8 milyard manat, 2006-cı ildə 7,4 milyard manat, 2008-ci ildə 13,3 milyard manat və 2013-cü ildə isə 22,0 milyard manat olmuşdur.
Cədvəl 2.1. İqtisadiyyata yönəldilən investisiyalar

 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin