Əmanətlərin sığortalanması haqqında



Yüklə 37,43 Kb.
səhifə2/6
tarix11.01.2022
ölçüsü37,43 Kb.
#110812
1   2   3   4   5   6
Maddə 2. Əsas anlayışlar

 

2.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:



2.1.1. əmanət - hesablanmış faizlər də daxil olmaqla bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə
əsasən geri ödəməli olduğu pul vəsaitləridir;

2.1.2. qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid
edilmir:

2.1.2.1. adsız borc qiymətli kağızlarının (adsız depozit sertifikatlarının)
yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri;

2.1.2.2. bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış
bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;

2.1.2.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və  terrorçuluğun  maliyyələşdirilməsi  ilə  bağlı  şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər; 

2.1.2.4. cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə
təsdiq edilmiş əmanətlər;

2.1.2.5. üzərinə həbs qoyulmuş əmanətlər;

2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxan illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər

2.1.2.7. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;

2.1.2.8. fiziki  şəxslərin  bankın  vəkalətli  idarəetməsində  olan  pul vəsaitləri;

2.1.2.9. ödəniş müddətlərinin, başa çatıb - çatmamasından asılı olmayaraq
əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti;

2.1.2.10. bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər.

2.1.3. Sığortalanmış əmanət - qorunan əmanətçinin qorunan əmanətinin
Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.

2.1.4. Əmanətçi - bankda əmanəti olan, habelə qanunvericiliyə və/və ya
müqaviləyə əsasən əmanətə sərəncam vermək hüququ olan şəxsdir.

2.1.5. Qorunan əmanətçi - aşağıdakılar istisna olunmaqla, bankda əmanəti
olan fiziki şəxsdir:

2.1.5.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin, İdarə Heyətinin
üzvləri və onların yaxın qohumları (ər-arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları);

2.1.5.2. bankın 10 faiz və daha çox səsvermə hüququ verən səhmlərinə
malik olan şəxslər və onların yaxın qohumları (ər-arvad, onların valideynləri
və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları);

2.1.5.3. kompensasiyaların ödənilməsi barədə elanın ilk dəfə dərc edildiyi
tarixdən əvvəlki təqvim ili ərzində bankın auditini keçirmiş kənar auditorlar.

2.1.6. İştirakçı bank - bu Qanunla müəyyən edilmiş qaydada Fonda sığorta haqlan ödəmək öhdəlikləri daşıyan bank və ya xarici bankın yerli filialıdır.

2.1.7. Birgə əmanət hesabı - iki və ya daha çox fiziki şəxsin sahibliyində
olan və onlardan birinin və ya bir neçəsinin imzası ilə sərəncam verilə bilən
bank hesabıdır.

2.1.8. Sığorta haqlan - bu Qanunla müəyyən edilmiş qaydada iştirakçı
bankın Fonda ödədiyi üzvlük, təqvim və əlavə haqlardır.

2.1.9. Sığorta hadisəsi - iştirakçı bankın məcburi ləğv edilməsi və ya
müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə
öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə
qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank)tərəfindən təsdiq edilməsidir. 

2.1.10.  Sığorta hadisəsinin baş verdiyi gün - bu Qanuna müvafiq olaraq
Mərkəzi Bank tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir.

2.1.11.  Kompensasiya  -  sığorta  hadisəsi  baş  verdikdə  qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.

 


Yüklə 37,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin