Biz işçinin əvvəlki 12 təqvim ayının əmək haqqını cəmləyib 12 ayın iş günlərinə bölürük. 1 gün üçün əmək haqqını tapıb xəstə olduğu günlərin sayına vururuq. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə müavinəti tapmaq üçün stajına vururuq, doğuma görə müavinətdırsə 100%-nı veririk.
Aslan 8 il yarımdır A şirkətində mühasib olaraq işləyir. Maaşı 900 manatdır. 5-15 noyabr tarixlərində o xəstə olub və işə gəlməyib. Noyabr ayında alacağı əmək haqqını və müvəqqəti sağlamlığını itirilməsinə görə müavinatı hesablayaq.

Noyabr ayında 21 iş günü vardır (9 noyabr Bayraq bayramıdır). Onun 7 gününü (şənbə,bazar və Bayraq bayamını çıxmaqla) Aslan işə gəməyib. Bu halda biz ilk öncə Brutto maaşı hesablayırıq:
21-7 = 14 gün işə gəlib.
900 / 21 = 42.86 AZN – bir günlük maaş (Brutto)
42.86 * 14 = 600.04 AZN – 14 günün maaşı (Brutto)
İndi isə müavinatı hesablayaq:
12 ayın iş günləri – 243 gün edir, 12 ayın maaşı isə 900*12 = 10800 AZN
10800 AZN / 243 gün = 44.44 AZN – 1 günlük orta maaş
44.44 AZN * 7 gün = 311.08 AZN
8 il yarım stajı olduğunu nəzərə alsaq: 311.08 AZN* 80% = 248.86 AZN(Brutto)