İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır
İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
1 işçini 2 gün ərzində 4 əlavə iş saatından artıq işlətmək olmaz.
OVERTİME hesablama qaydası
İş vaxtından artıq iş saatını hesablamaq üçün biz ilk öncə aylıq maaşı həmin ay ərzindəki saatların miqdarına bölüb (8 saat) 1 saata düşən məbləği tapırıq. Alınan məbləği 2-yə vurub sonra işlədiyi artıq saatların miqdarına vururuq.
MİSAL
Müəssisədə çalışan işçinin əmək haqqısı 980 manat təşkil edir. İşçi 2018-ci il avqust ayının 25 və 26 müəssisənin rəhbərinin əmri və özünün razılığı ilə iş vaxtından artıq işə cəlb olunub. 25.08.2018 tarixində - 2 saat, 26.08.2018 tarixində isə 1 saat artıq işləyib. Bu zaman işçiyə hesablanan əsasə və əlavə əmək haqqları bu cür hesablanacaq:
2018-ci ilin istehsalat təqviminə görə 2018-ci ilin Avqust ayında 167 iş saatı var.
Beləliklə, işçi 2018-ci ilin avqust ayında iş vaxtından artıq işə görə əlavə olaraq alacaqdır:
25.08.2018 tarixində artıq 2 saat işlədiyinə görə: 2 saat * 5.87 * 2 = 23.48
26.08.2018 tarixində artıq 1 saat işlədiyinə görə: 1 saat * 5.87 * 2 = 11.74
İşçi 2018-ci ilin avqust ayında əmək haqqı və iş vaxtından artıq işə görə alacaqdır:
980 + 23.48+ 11.74= 1 015.22 AZN (BRUTTO)
Əmək haqqının formaları
Vaxtamuzd əmək haqqı formasında əmək haqqı işlənilmiş müəyyən vaxtın miqdarına görə ödənilir (istehsal edilən məhsul miqdarından və ya görülən iş həcmindən asılı olmayaraq).
Vaxtamuzd əmək haqqı formasında əmək haqqı işlənilmiş müəyyən vaxtın miqdarına görə ödənilir (istehsal edilən məhsul miqdarından və ya görülən iş həcmindən asılı olmayaraq).
İşəmuzd əmək haqqı formasında əmək haqqı işçilərin müəyyən olunmuş dərəcələr üzrə istehsal etdiyi məhsulun miqdarı, yerinə yetirdiyi işin həcminə görə hesablanır.
Əmək haqqının ödənməsinin akkord formasında müəyyən konkret işin yerinə yetirilməsi nəticəsində aparılan ödəniş sistemi nəzərdə tutulur. Əmək haqqının həcmi görüləcək işin ümumi həcmi üzrə müəyyən olunur.