Əmək məcəlləsi təlimi


Əmək müqaviləsinin məzmunu, quruluşu və əsas şərtləri



Yüklə 3,73 Mb.
səhifə3/9
tarix13.11.2023
ölçüsü3,73 Mb.
#132427
növüQaydalar
1   2   3   4   5   6   7   8   9
Təlim 1ci dərs son (2)

Əmək müqaviləsinin məzmunu, quruluşu və əsas şərtləri


İşçiyə aid məlumatlar
İşəgötürənə aid
məlumatlar
İşçinin iş yeri,vəzifəsi
(peşəsi)
Əmək müqaviləsinin
bağlandığı və işçinin işə başlamalı olduğu gün
Tərəflərin əmək
müqaviləsi üzrə
qarşılıqlı öhdəlikləri və tərəflərin müəyyən etdiyi əlavə şərtlər
İşçinin əmək şəraitinin
şərtləri
İşçinin əmək funksiyası
Əmək müqaviləsinin
müddəti
İşçiyə bədən tərbiyəsi
və idmanla və s.
məşğul ola bilməsi
üçün şəraitin
yaradılması
Tərəflərin müəyyən
etdiyi əlavə şərtlər
barədə məlumatlar
İşçinin dövlət sosial
sığorta
şəhadətnaməsinin
nömrəsi (SSN)*
İşçinin iş yerinin əsas
və ya əlavə iş yeri olması barədə qeyd
  • Yazılı formada bağlanır
  • Nümunəvi formaya uyğun tərtib edilir
  • 2 nüsxədən az olmayaraq tərtib edilir
  • İşçinin imzası və işəgötürənin imzası (möhürü) ilə təsdiq edilir

*İlk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla
Nümunəyə baxaq!

Əmək müqaviləsinin müddəti


Müddətsiz
  • İşin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda
  • Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdikdə
  • Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilmədikdə

Müddətli
  • İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda
  • Təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı
  • İşin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda
  • Müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə,

rezidentura dövrləri) hallarda
  • İşçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq

  • yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda
  • Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən
  • Əmək Məcəlləsinin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən
  • Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə
  • Əmək Məcəlləsinin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında

  • kollektiv əmək müqaviləsi bağlandıqda
  • Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda

Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin