İntizam tənbehi əmək kitabçasına qeyd edilməlidirmi?
İşçinin “şəxsi işi”nin tərtibi
Kadrların şəxsi uçot vərəqəsi
Tərcümeyi-hal
Şəxsiyyəti təsdiq edən sənədin surəti Hərbi biletin surəti
Təhsil barədə diplomların surəti
İştirak etdiyi təlim, seminar və kurslardakı sertifikatların surəti
Əmək müqaviləsi, əmək müqaviləsinə əlavələr
Əmək müqaviləsi bildirişi Vəzifə təlimatı
İşçi ilə bağlı müvafiq əmrlər, attestasiya vərəqəsi
Kadr inzibatçılığı zamanı istifadə edilən sənədlər
Əmrlər
Kargüzarlıq işini təkmilləşdirmək və ya işçilərlə bağlı əməliyyatları rəsmiləşdirmək məqsədilə həyata keçirilir
Şərh və sərəncam hissələrindən ibarət olur. Şərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır
Əmrin sərəncam hissəsi mətn dayandırılmadan «əmr edirəm» sözləri ilə başlanır
Əmrin mətni əlaqədar struktur bölmələri ilə razılaşdırılır
Bəzi halların rəsmiləşdirilməsi zamanı əmrlər mütləqdir (məzuniyyət, intizam tənbehi, əmək müqaviləsinə xitam verilməsi və s.)
Protokollar
Təşkilatların kollegial orqanlarının iclaslarının, habelə təşkilat rəhbərinin göstərişi ilə digər iclas və müşavirələrin protokolu yazılmalıdır
Protokolun mətni giriş hissəsindən və əsas hissədən ibarət olur
Protokollarda protokolun giriş hissəsində iclası aparan sədrin və katibin adları və soyadları, dəvət edilənlərin siyahısı, məruzəçinin (məruzəçilərin) adları və soyadları, müzakirə ediləcək məsələnin (məsələlərin) adları verilir
Protokolda əvvəlcə məruzələrin və çıxışların qısa mətni, sonra isə qərar hissəsi verilir. Protokol təşkilat rəhbəri və iclasın katibi tərəfindən imzalanır və təqvim ili çərçivəsində nömrələnir
Aktlar
Aktın mətni giriş və şərh hissələrindən ibarət olur
Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur
Aktın başlığı həmin aktda göstərilən məsələni qısa şəkildə əks etdirməlidir
Aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir
Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır
Arayışlar
İşçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayışlar verilir
Arayışın kimə və nə üçün verildiyi göstərilir
Arayışın hansı məqsədlə tərtib
edildiyi qeyd edilir
Arayışlar xüsusi blankda yazılır
Xasiyyətnamələr
İşçinin müraciəti əsasında onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verilir
İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər
İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən
tərəfindən başqa
işəgötürən
yerə
göndərilməsi yolverilməzdir
Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir