a) dövlətin müdafiəsinin təmin oluması üçün, habelə təbii fəlakətin istehsal
qəzasının qarşısını aımaq və ya onların nəticələrini aradan qaldırmaq
üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsi;
b) su,qaz və elektirik təchizatı, isitmə, kanalızasiya və digər kommunal
müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz
hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsi
təmin etmək üçün;
c) başlanmış və istehsalın texniki şəraitinə görə iş günün sonunadək
tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin
qarşısıalınmaz korlanması, sıradan şıxması təhlükəsi zamanı işlərin
tamamlanması zərurəti olduqda;
d) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxan
mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi
zərurəti olduqda;
e) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar fasilə verilməsinə yol
vermək mümkün olmadıqda.
İşəgötürən iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran
səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə
borcludur.
İş vaxtından artıq işlərə aşağıdakıların cəlb edilməsi qadağandır: hamilə
qadınlar və südəmər uşağı olan analar, habelə bir yaşınadək uşağı olan qadınlar;
uşağı 18-dən aşağı olan şəxslər; qanunvericiliyə müvafiq surətdə işçilərin başqa
kateqoriyaları.
Bir yaşından səkkiz yaşınadək uşağı olan qadınlar və əlillər (bu işlər tibbi
tövsiyələrə görə onlara qadağan edilmədikdə) iş vaxtından artıq işlərə yalnız
onların razılığı ilə cəlb edilə bilər.
Dostları ilə paylaş: