Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Əmək qanunvericiliyində işlədilən əsas məfhumlar



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə4/83
tarix31.12.2021
ölçüsü1,4 Mb.
#113206
1   2   3   4   5   6   7   8   9   ...   83
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr) (1)

 
Əmək qanunvericiliyində işlədilən əsas məfhumlar 
Azərbaycan  Respublikasının  Əmək  məcəlləsinin  3-cü  maddəsinə  uyğun 
olaraq  əmək  qanunvericiliyində  işlədilən  əsas  məfhumlardan  aşağıdakıları 
göstərmək olar. 
1.  Müəssisə-  mülkiyyətçinin  təşkilati  –hüquqi  formasından,  adından  və 
fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə 
müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun filialı və ya nümayəndəliyi 
2.  İşçi  -  isə  götürənlə  fərdi  qaydada  yazılı  əmək  müqaviləsi  bağlayacaq 
müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs 
3.  İşə  götürən-  tam  fəaliyyət  qabiliyyətli  olub,  işçilərlə  əmək  müqaviləsi 
bağlamaq,  ona  xitam  vermək,  yaxud  onun  şərtlərini  dəyişdirmək  hüquna  malik 
mülkiyyətçi  və  ya  onun  təyin  etdiyi  müəssisənin  rəhbəri,  səlahiyyətli  orqanı, 
habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs  
4.  Əmək  kollektivi  –  işə  götürənlə  əmək  münasibətlərində  olan,  normativ 
hüquqi  aktlarla  müəyyən  edilmiş  əmək,  sosial,  iqtisadi  hüquqlarını  birgə  həyata 
keçirmək  və  qanuni  mənafelərini  kollektiv  halda  müdafiə  etmək  səlahiyyətinə 
malik iş yerlərində çalışan işçilərin birliyidir. 
5.  Əmək  müqaviləsi  –  işə  götürənlə  işçi  arasında  fərdi  qaydada  bağlanan 
əmək  münasibətlərinin  əsas  şərtlərini,  tərəflərin  hüquq  və  vəzifələrini  əks  etdirən 
yazılı müqavilə. 
6.  Kollektiv  müqavilə-  işə  götürənin,  əmək  kollektivinin  və  ya  həmkarlar 
ittifaqları  təşkilatının  arasında  yazılı  formada  bağlanan  əmək,  sosial-iqtisadi,  
məişət və digər münasibətləri tənzimləyən müqavilədir 
7. Kollektiv saziş – müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqları və 
işə  götürənlərin  respublika,  peşələr,  sahələr  və  ya  ərazi  üzrə  birlikləri  arasında 
bağlanan  işçilərin  əmək  şəraitinin  yaxşılaşdırılması,  əməyin  mühafizəsi  və  digər 
sosial,  müdafiə  tədbirlərinin  həyata  keçirilməsi  sahəsində  birgə  fəaliyyətə  dair 
tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır.  
8.  İş  yeri-  işçinin  haqqı  ödənilməklə  vəzifəsi  üzrə  əmək  müqaviləsi  ilə 
müəyyən edilmiş işləri yerinə yetidiyi yer. 
9. Əmək funksiyası- əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə 
vəzifə üzrə işçinin yerinə yetirməli olduğu işlərin məcmusudur 
10.  Əmək  şəraiti-  işçilərin  öz  əmək  funksiyasını  səmərəli  və  faydalı  yerinə 
yetirmək  üçün  minimum  normaları  nəzərdə  tutulan,  habelə  əmək  müqaviləsində 
tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur 
11.  İşçilərin  nümayəndəli  orqanı-  əmək,  sosial,  iqtisadi  hüquqlarını  və 
qanuni  mənafelərini  müdafiə  etmək  məqsədilə  işçilərin  könüllü  birləşib 
yaratdıqları  nizamnamə  və  müvafiq  qanunvericilik  əsasında  fəaliyyət  göstərən 
həmkarlar ittifaqları təşkilatları 


12.  Kollektiv  əmək  mübahisələri  –  kollektiv  tələblərindən  törəyən  fikir 
ayrılığıdır. 
13.  Fərdi  əmək  mübahisəsi  -  əmək  müqaviləsinin  və  ya  sazişin  şərtlərinin, 
tərəflərin  öhdəliklərinin  yerinə  yetirilməsi,  habelə  əmək  məcəlləsinin  və  digər 
normativ  hüquqi  aktların  tətbiqi  zamanı  fərdi  qaydada  işə  götürənlə  işçi  arasında 
yaranan fikir ayrılığıdır.      

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin