Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Qaynaq və lehimləmə işlərində təhlükəsizlik tədbirləri



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə54/83
tarix31.12.2021
ölçüsü1,4 Mb.
#113206
1   ...   50   51   52   53   54   55   56   57   ...   83
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr) (1)

 
Qaynaq və lehimləmə işlərində təhlükəsizlik tədbirləri 
 


Elektrik  qaynağı  zamanı  elektrik  qövsü  alındığına  görə  ultrabənövşəyi  və 
infraqırmızı  şüalar  görmə  orqanına  kəskin  təsir  göstərir.  Parlaqlığın  və 
ultrabənövşəyi  şüanın  təsiri  gözün  tor  təbəqəsini,  görmə  sinirlərini  zədələyir,  bir 
neçə  gün  müddətində  davam  edən  kəskin  ağrı  hiss  olunur.  Əgər  bu  təsir  uzun 
müddətli olarsa, gözün xroniki xəstələnməsinə, hətta korluğa səbəb ola bilər. 
Infraqırmızı  şüanın  təsiri  ilə  dərinin  açıq  sahələri  yanır.  Digər  tərəfdən 
elektrod  yanarkən  üzərindəki  flüsün,  qaynaq  edilən  metal  üzərindəki  yağlama 
materiallan qalıqlarınm və s. yanması nəticəsində karbon oksidi, toz və s. yaranır ki, 
bunlar da tənəffüs yolları vasitəsi ilə orqanizmə daxil olaraq zəhərlənməyə, tənəffüs 
orqanlarının zədələnməsinə səbəb ola bilər. Bundan başqa, elektrik qaynağında 70... 
120 V-a qədər  gərginlik  tələb olunduğu  üçün  gərginlik altına düşmək  təhlükəsi ola 
bilər.  Qaynaq  zamanı  elektrik  qövsündən  yaranan  3000...5000
0
S  istilik  orqanizmə 
güclü təsir göstərir. Odur ki, qaynaq sahəsinin ventilyasiya sistemi elektrik qaynağı 
aparılarkən  l  kq  elektrod  sərf  olunduqda  1500...2000  m
3
/saat  hava  mübadiləsini 
təmin  etməlidir.  Qaynaq  zamanı  hər  bir  işçiyə  4,4...5m

sərbəst  sahə  düşməlidir. 
Qaynaq  stolunun  və  transformatorun  gövdəsi  yerləbirləşmə  quruluşuna 
birləşdirilməlidir.  Transformator  kabellərinin  izolyasiyası  normal,  eləcədə  eletrod 
tutucusu  standart  quruluşda  olmalı,  kabel  qayka  ilə  etibarh  bağlanmalıdır. 
Transformator dövrəyə yalnız standart avadanlıqla qoşulub açılmalıdır. 
Qaynaqçı xüsusi maska və ya qara şüşəli eynək kimi fərdi mühafizə vasitələri, 
habelə brezent əlcək və xüsusi geyimlə təmin olunmalıdır. 
İri  çən  və  qazanların  içərisində,  nəm  otaqlarda  və  ya  nəmişlik  şəraitində 
qaynaq  apardıqda  qaynaqçı  rezin  əlcək  və  qaloş  geyməli,  rezin  xalça,  yaxud  quru 
taxta ayaqaltı üzərində dayanmalıdır. 
Qaz  qaynağı,  əsasən,  oksigen  və  asetilenin  qarışığı  ilə  aparılır.  İş  vaxtı  qaz 
balonunun  çıxış  borusuna  reduktor  bağlanmalı,  onun  iki  manometri  və  kranı 
olmalıdır.  Reduktordakı  manometrdən  biri  yüksək  təzyiqi,  o  biri  isə  alçaq  təzyiqi 
göstərir.  İş  zamanı  balonda  19,62.10
4
  Pa  təzyiq  saxlanmalı,  yəni,  balon  tam 
boşaldılmamalıdır.  İş  zamanı  generatorun  istismar  qaydasının  pozulması  ciddi 
təhlükəli  partlayış  törədə  bilər.  Ona  görə  də  açıq  havada  işlədildikdə  asetilen 
generatoru adamlar az olan sahədə, qaynaqçıdan azı 10 metr aralı yerləşdirilməlidir. 
Qaynaq qapalı binalarda aparıldıqda isə asetilen generatoru odadavamlı materialdan 
tikilmiş ayrıca otaqda yerləşdirilməli və yaxşı ventilyasiyası olmalıdır. 
Generatorun  konstruksiyasında  karbid  ovuntusundan  istifadə  üçün  quruluş 
nəzərdə  tutulmursa,  həmin  ovuntudan  istifadə  edilməməlidir.  Generator  karbidlə 
doldurulduqdan sonra qaz buraxırsa, bunu yalnız sabunlu su ilə yoxlamaq lazımdır. 
Karbid quru binalarda saxlanmalı, istifadə zamanı qablar ehtiyatla açılmalıdır. 
Qaynaq  aparılan  sahələrdə  iş  yeri  elə  təşkil  olunmalıdır  ki,  keçidlərdən  və 
avadanlığın tutduğu sahədən başqa, hər işçiyə 4...5 kv.m
2
 sərbəst sahə düşsün. Qaz 
qaynağı  zamanı  qaynaq  sahəsindəki  ventilyasiya  hər  lm

asetilen  sərf  olunmasına 
1000...1500 m
3
/saat hava mübadiləsini təmin etməlidir. 
Orta və ali  məktəblərdə məşğələlər zamanı lehimləmə işləri də aparılır, buna 
görə  müəllim  lehimləmə  zamanı  təhlükəsizlik  qaydalarım  bilməli  və  ona  şagirdlər 
tərəfındən riayət olunmasını təmin etməlidir. 


Lehimləmə  işi  yerinə  yetirən  şəxsdən  böyük  diqqətlilik,  ehtiyatlılıq  tələb 
olunur.  Lehimləmə  zamanı  orqanizmin  müxtəlif  hissələrinin  yanması,  zəhərlənmə 
kimi bədbəxt hadisələr baş verə bilər. 
Lehimləmə  işlərini  görməzdən  qabaq  şagird  və  tələbələr  tibbi  müayinədən 
keçməli,  müəllim və ya tədris ustasından işlə bağlı təlimat almalı, xüsusi geyim və 
fərdi mühafızə vasitələri ilə təmin olunmalıdırlar. 
Lehimləmə  işləri  aparılan  otaqlar  mövcud  normativ  tələblərə  cavab 
verməlidir. 
İş zamanı ərinti və kimyəvi maddələri əl ilə götürmək olmaz. İşdən sonra bu 
kimyəvi  maddələri,  eləcə  də  yarımçıq  qalmış  işi  yığışdırmaq,  iş  yerini  sahmana 
salmaq lazımdır. 
Lehimləmə  işındə  42V  dərginlikli  və  izolə  edilmiş  dəstəkli  elektrik 
lehimləyicisindən  istifadə  olunur.  Gərginliyi  aşağı  salrnaq  üçün  iki  sarğılı 
transformatordan istifadə olunur. 
Bərk lehimlərlə iş zamanı lehimləyici lampalardan istifadə edilməlidir. 
Lehimləmə  işlərini  yerinə  yetirərkən  şagirdlər  dielektrik ayaqaltılar  üzərində 
olmalıdırlar. 
 
 Mühazirə 10 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin