Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr) (1)
Zəhərlənmədə ilk yardım Zəhərlənmədən təxminən yarım saat sonra baş gicəllənməsi, bədəndə ümumi
zəiflik, ürək bulanması, qusma halları başlayır, bədənin temperaturu aşağı düşür və
tərləmə baş verir.
Tənəffüs yollarının zəhərlənməsi zamanı zərərçəkən təmiz havaya
çıxarılmalıdır.
Yemək məhsulları ilə zəhərlənmə olduqda zərərçəkənin mədəsini tez yumaq
lazımdır.
Adətən, ilk tibbi yardımdan 1-1,5 saat sonra xəstənin vəziyyəti
yaxşılaşmalıdır. Ancaq bununla arxayınlaşmaq olmaz, bədəndəki zəhərli maddənin
tamamilə xaric olunmasını təmin etmək lazımdır.