ƏMƏk müqaviLƏSİ Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar



Yüklə 0,54 Mb.
səhifə12/12
tarix17.02.2022
ölçüsü0,54 Mb.
#114513
1   ...   4   5   6   7   8   9   10   11   12
§10. Yekun qaydalar
10.1. Bu Əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, bu müqavilənin icrası ilə bağlı yaranan mübahisələrə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən baxılır. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarından məhkəməyə müraciət oluna bilər.

10.2. Bu Əmək müqaviləsi üç nüsxədə tərtib edilib, onlardan biri vəkil köməkçisidə, diğəri vəkil qurumunun rəhbərində/fərdi qaydada fəaliyyət göstərən vəkildə saxlanılır, üçüncü nüsxə isə məlumat üçün və vəkil köməkçinin reyestrinin aparılması məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə göndərilir.

10.3. Tərəflər bu Əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər.

10.4. Tərəflər bu Əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə Əmək Məcəlləsi ilə müəyyən edilən hallar istisna olunmaqla üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar.

10.5. Tərəflər bu Əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvafiq dövlət orqanlarından, mülkiyyətçidən tələb etmək hüququna malikdirlər.

10.6. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasəy Heyəti tərəflər arasında bağlanmış müqavilədən irəli gələn, eləcə də əlavə olaraq tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərə görə məsuliyyət daşımır.



§11. Tərəflərin imzaları və ünvanları:
11.1. Vəkil qurumunun rəhbərinin/fərdi qaydada fəaliyyət göstərən vəkilin adı, atasının adı və soyadı, habelə müştərisi olduğu bankın adı, hesablaşma hesablarının nömrələri, kodu, vəkillik fəaliyyəti ilə məşğul olmağa hüquq verən xüsusi razılığın məlumatları göstərilməklə hüquqi ünvanı:

Möhürü İmzası:

11.2. Vəkil köməkçisinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:


İmzası: Tarix:


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin