Misal 25. 1998-ci və 2001-ci illərdə anadan olmuş uşaqların ata və anası 2-ci qrup əlil kimi əmək pensiyası alır və işləmirlər. Onların 1998-ci ildə anadan olmuş uşağına “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhər (rayon) Əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən sosial müavinət ödənilir. Bu halda valideynlərdən yalnız birinin əmək pensiyasının baza hissəsinin üzərinə sosial müavinət almayan azyaşlı digər uşağına görə yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində əlavə hesablanır.
2.7.2. 1-ci qrup əlilə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə 1-ci qrup əlil kimi hər üç növ əmək pensiyasından birini alan şəxsin öz pensiyasının baza hissəsinin üzərinə hesablanır.