Misal 1. 13 yanvar 1948-ci il tarixdə anadan olmuş, 27 il sığorta stajı və 13 yanvar 2010-cu il tarixdə 62 yaşı tamam olan sığortaolunan kişinin həmin tarixdən altı ay sonra, yəni 13 iyul 2010-cu il tarixdə yaşa görə əmək pensiyası hüququ yaranır.
2.1.3. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Misal 2. 18 fevral 1959-cu il tarixdə anadan olmuş altı uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və 10 il sığorta stajı olan qadının 51 il altı ay yaş həddinin tamam olduğu 18 avqust 2010-cu il tarixdən (Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş 57 il altı ay yaş həddi 6 il, yəni hər uşağa görə 1 il azaldılmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
2.1.4. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Dostları ilə paylaş: |