Əmək və onun növləri


Mövzu 2. Əməyin mahiyyəti və növləri



Yüklə 36,79 Kb.
səhifə2/10
tarix11.01.2022
ölçüsü36,79 Kb.
#110876
1   2   3   4   5   6   7   8   9   10
Mövzu 2. Əməyin mahiyyəti və növləri
İnsan cəmiyyəti həyatının əsasını əmək təşkil edir. Əmək təbiətlə insan arasında baş verən bir prosesdir. İnsan bu prosesdə təbiət cisimlərini insanın və cəmiyyətin tələb tələbatlarına uyğunlaşdırır. Heyvanların fəaliyyətlərindən fərqli olaraq, insan əməyinə aşağıdakı səciyyəvi cəhətlər xasdır:

1.Əmək məqsədəuyğun fəaliyyətdir. Hər bir istehsalın müəyyən bir məqsədi vardır. Hətta lap savadsız icraçı da işə başlamazdan əvvəl fikrən öz fəaliyyətinin planını və ardıcıllığını tərtib edir.

2. İnsan əməyi ictimai xarakter daşıyır. Bu o deməkdir ki, hətta insan yaşamayan adada tək çalışan Robinzon belə nəinki cəmiyyətin digər üzvləri tərəfindən hazırlanmış bəzi alət və qurğulardan istifadə etmişdir, ən başlıcası o cəmiyyətin istehsal təcrübəsindən, texnologiyalardan, yığılmış biliklərdən istifadə etmişdir.

3. Əmək yaradıcı xarakter daşıyır. Çünki onun son məqsədi maddi nemətlər yaratmaqdır.

4. Əməyin mühüm xüsusiyyətlərindən biri də əmək alətləri yaratmasıdır.

Marjinal nəzəriyyə ənənəvi olaraq əməyi aşağıdakı kimi xarakterizə edir: Əmək məhsulların istehsalına yönəldilmiş fiziki intelektual fəaliyyətdir. Şəxsiyyətin qabiliyyətlərinin məcmusu insan kapitalını əmələ gətirir. Əmək nə qədər ixtisaslı olsa insan kapitalı və müvafiq olaraq bu kapitala görə gəlir də bir o qədər yüksək olar. Hazırki dövrdə insan kapitalına qoyulan investisyalar cəmiyyət üçün ən səmərəli və özünü tez doğruldan hesab olunur.

Əmək prosesində insan yalnız təbiətə təsir göstərmir, o özünün daxili təbiətini də dəyişdirir, özünün iş qüvvəsini, yəni əmək qabiliyyətini reallaşdırır. O həm fiziki, həm də əqli cəhətdən inkişaf edir, təkmilləşir və yeni biliklərə yiyələnir. Beləliklə, insanı əmək yaratmışdır və onu inkişaf etdirməkdə davam edir.

Əmək prosesinin sadə momentləri canlı əməyin özü, əmək cisimləri və vasitələri hesab olunur. Əmək prosesinin son nəticəsi maddi nemət yaratmaqdır. Əmək prosesində insan yalnız təbiətlə qarşılıqlı əlaqəyə girmir, o həmçinin başqa insanlarla ünsiyyətə daxil olur. İnsanlar arasında maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi, istehlakı və eləcə də istehsal vasitələri üzərində mülkiyyətlə əlaqədar öz istək və arzularından asılı olmayaraq yaranan münasibətlərə istehsal münasibətləri deyilir. İstehsal münasibətləri əmək prosesinin ictimai təşkili formasıdır. Eyni əmək prosesi müxtəlif ictimai tarixi formalarda baş verə bilər: taxılı qul da,təhkimli kəndli də, azad fermer də yetişdirə bilər. Bütün hallarda taxıl eyni olacaqdır. Burada yalnız əmək münasibətlərinin xarakteri və işçinin istehsal vasitələrinə münasibəti müxtəlif olur. Bəs bu münasibətlərin xarakteri nə ilə müəyyən olunur, marksizm təliminə görə hər bir quruluşda istehsal münasibətlərinin xarakteri orada hakim mülkiyyət forması ilə müəyyən olunur.


Yüklə 36,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin