Mövzu 3. Əmək ehtiyyatları
Əmək ehtiyatları dedikdə əmək bazarında işçi qüvvələrinin ehtiyatı nəzərdə tutulur. Əmək ehtiyatlarının əsas hissəsini əmək qabiliyyəti yaşında olan əhali təşkil edir. Əmək ehtiyyatları həm fəaliyyət göstərən və həm də potensial işçi qüvvəsini özündə inteqrasiya edir. "Əmək ehtiyatları" anlayışı "iş qüvvəsi" anlayışından daha geniş anlayışdır. Çünki " əmək ehtiyyatları "-na işləmək qabiliyyətinə malik olub, həm ictimai istehsalda işləyənlər, həm də şəxsi yardımçı və ev təsərrüfatında məşğul olanlar daxildir. Başqa sözlə, iş qüvvəsi dedikdə uyğun olaraq məşğul olanlar, işləyənlər , əmək ehtiyyatları dedikdə isə yalnız məşğul olanlar deyil, həm də olmayanlar da nəzərdə tutulur. Bundan başqa, "iş qüvvəsi" anlayışı "əmək ehtiyyatları" anlayışı ilə müqayisədə daha çox sosial məzmun kəsb edir. Əmək ehtiyyatlarının bir hissəsinə də əmək qabiliyyətli yaşdan böyük olmasına baxmayaraq, əmək fəaliyyətini davam etdirın əhali də aid edilir. Bunlarla yanaşı, əmək fəaliyyəti ilə məşğul olan 16 yaşınadək yeniyetmələr də əmək ehtiyyatlarının tərkib hissəsi hesab olunur. Əmək ehtiyatlarına demoqrafik vəziyyətin güclü təsiri mövcuddur.
Azərbaycanda əmək ehtiyatlarına aşağıdakılar daxildir:
1) Əmək qabiliyyəti yaşından xaric olan, lakin faktiki olaraq işləyən şəxslər də , yəni 62 yaşdan yuxarı olan kişilər, 57 yaşdan yuxarı olan qadınlar və 16 yaşdan az olan yeniyetmələr daxil edilirlər.
2) Əmək ehtiyatlarına işləməyən I və II qrup əmək və müharibə əlilləri və güzəştli təqaüd alan və işləməyənlər çıxıldıqdan sonra bütün əmək qabiliyyətli yaşında olan əhali, yəni 16-62 yaşında kişilər, 16-57 yaşında qadınlar daxil edilirlər.
Əmək ehtiyatlarının əsas hissəsini əmək qabiliyyətli yaşında olan əhali təşkil edir. Əhalinin minimum (16 yaş ) və maksimum (təqaüd yaşı) əmək qabiliyyəti həddi fizioloji və ictimai – iqtisadi amillərlə müəyyən edilir. Ona görə də əhalinin təqaüd yaş dövrü ümumi halda konkret iş sahələri üçün ayrılıqda müəyyənləşdirilir.
Bir iqdisadi kateqoriya kimi " əmək ehtiyatları " anlayışının mahiyyəti haqqında iqdisadçı alimlər arasında fərqli fikirlər mövcuddur. Bəzi iqdisadçılar "əmək ehtiyatları" anlayışını "iş qüvvəsi" anlayışı ilə eyniləşdirillər. Təbii ki, bu yanlış fikirdi. Bəzi sovet iqdisadi ədəbiyyatlarında inzibati amirlik sistemi ilə əlaqədar, bir sıra alimlər - P.P. Litvyakov, M.Y.Sonin, E.Q. Cistyakov, A.E.Kotlyar və digər bu kimi alimlər öz əsərlərində "əmək ehtiyatları" ilə "iş qüvvəsi" anlayışlarını eyniləşdirmişlər. Onların fikrincə "iş qüvvəsi" ifadəsi altında təkcə fərdi əmək qabiliyyəti deyil, əmək qabiliyyətinə malik olan bütün əhali başa düşülür. Və ya A.E.Kotlyar qeyd edirdi ki, əmək ehtiyatları iş qüvvəsi daşıyıcılarının məcmusundan ibarətdir bə bu iki anlayış eyni məzmuna malikdir. Əslində isə bu fikirlər tamamilə səhvdir. Lakin sonralar həmin alimlər "əmək ehtiyatları" anlayışının "iş qüvvəsi" anlayışından daha geniş olduğunu öz ədəbiyyatlarında vurğulamış və bu kateqoriyaların məzmunu barədə öz əvvəlki fikirlərini dəyişmişlər.
Dostları ilə paylaş: |