Mövzu 5. Əmək bazarının məzmunu və quruluşu
Əmək bazarı digər bazarlar sistemində aparıcıl möqeyə malikdir. əmək bazarı olmadan ne mikro (firmadaxili) və nə də makroiqtisadi, makromiqyaslı problemləri həll etmək olar. Nəinki birbaşa əmək bazarı ilə bağlı olan məsələlər, habelə inflyasiya, alıcılıq qabiliyyəti, gəlirlər, yığım və s. kimi makro və mikro problemlər istər-istəməz əmək bazarı baxımından araşdırılır və həll edilir. Əmək bazarında iş qüvvəsi bu bazarın obyektini təşkil edir. əmək bazarının subyektləri isə işə qəbul edənlər, işsizlər sərbəst işə düzələn işçilərdən ibarətdir. Əmək bazarında məhsul yox,əmək qabiliyyəti alınır, satılır. Bəlkə də satılmır,kontrakt qaydasında müəyyən müddətə istehsal amili kimi sahibkarın sərəncamına verilir. Bununla belə ,işçi qüvvəsindən istifadə hüququ muzdlu əməyin işə cəlb edilməsi səciyyəsi alır. əmək bazarının məkan,peşə və sosial baxımından aşağıdakı formaları vardır və orada özünəməxsus muzdlu əmək sövdələşməsi həyata keçirilir:
Milli əmək bazarı
beynəlxal əmək bazarı
şəhər əmək bazarı
kənd əmək bazarı
lokal əmək bazarı
yerli,bölgə əmək bazarı
sosial qruplar üzrə əmək bazarı
sahə mənsubiyyətli peşələr üzrə əmək bazarı
fəhlə kadrları bazarı
mütəxəssis kadrları bazarı
qadın əmək bazarı
gənclər əmək bazarı
uşaq əmək bazarı
mütəşəkkil və qeyri mütəşəkkil əmək bazarı
pensiyaçıların faktiki əmək bazarı
Əmək bazarı sadəcə olaraq yer,məkan deyil. “Bazar” anlayışı əmtəə mübadiləsi sferasıdır, əmtəə mübadiləsi prosesidir. Əmək bazarı isə azad razılaşma əsasında işçi qüvvəsinin alqı-satqısı ilə bağlı sövdələşmə yeridi, məkanıdır. Burada başlıca mexanizm işçi qüvvəsinə tələb və işçi qüvvəsinin təklifi, habelə iş qüvvəsinin dəyəri olan əmək haqqıdır.
Əmək bazarını yalnız iş qüvvəsinin alqı-satqısı,qazanc əldə etmə motvinin əsası kimi qiymətləndirmək bir o qədər dəqiq olmaz. Əmək bazarında işçi həm də öz əmək qabiliyyətinin reallaşdırmaq imkanı əldə edir. Bundan başqa, əmək bazarında adi əmtəələr kimi deyil,müxtəlif dəyərlər formasının mübadiləsi baş verir.
Dostları ilə paylaş: |