ƏMƏLİyyat sistemi AİLƏSİ haqqinda ümumi MƏlumat. Fayl və kataloq anlayişlari. Fayl sistemləRİ



Yüklə 18,75 Kb.
səhifə2/3
tarix31.12.2021
ölçüsü18,75 Kb.
#112812
1   2   3
Murad sərbəst iş informatika

Kataloqlar. Faylların adları maqnit disklərində kataloqlarda saxlanılır. Kataloq fayllar haqqında informasiyanı saxlayan xüsusi sahədir. Kataloq həmçinin direktoriya adlanır. Windows əməliyyat sistemində kataloq qovluq adlandırılıb. Kataloqda faylların tam adları, onların ölçüləri, yaradılma vəsonuncu düzəliş vaxtı və tarixi və s. haqqında məlumat saxlanılır. Əgər kataloqda faylın adı saxlanırsa, onda fayl bu kataloqda yerləşir. Kataloqun adlandırılması da faylda olduğu kimidir. Lakin kataloqun adının genişlənməsi olmur. Kataloqun adları böyük, faylların adları kiçik hərflərlə qeyd edilir. Hər bir maqnit diskində bir baş və ya kök kataloq olur. Baş kataloqda fayllar və altkataloqlar (1 səviyyəli kataloqlar) qeyd olunur. Bu kataloqlarda fayllar və 2 səviyyəli kataloqlar qeyd olunur. Bu proses xeyli dərinliyə davam edə bilər. Bu halda maqnit diskində ağacvari(iyerarxik) struktur alınır. Məlumat daşıyıcısının ekranda alınan mündəricatında əvvəlcə kataloqların, sonra isə faylların adları yerləşir. Baş kataloqun faylın adınadək olan kataloqların siyahısı “fayl yolu” adlanır. Faylın yolunu göstərərkən kataloqların adları bir-birindən və faylın adından maili xətlə ayrılır. Baş kataloqun adından sonra iki nöqtə qoyulur.


Yüklə 18,75 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin