246. Addım gərginliyi nədir?
A) Bir – birindən addım məsafəsində 0,8m aralı yerləşən 1 və 2 nöqtələri arasındakı potensiallar fərqi;
B) İnsan orqanizmindən keçən elektrik cərəyanı;
C) İnsan orqanizmindən keçən dəyişən cərəyan;
D) İnsan orqanizmindən keçən sabit cərəyan;
E) Orqanizmdən keçən sabit və dəyişən cərəyan.
247. İnsan bədəninin müqaviməti neçə Om – dur?
A) 1000 Om;
B) 500 Om;
C) 50 Om;
D) 40 Om;
E) 1200 Om.
248. Mühafizə yerləbirləşdiricisinin müqaviməti neçə Om-dur?
A) 40 Om;
B) 20 Om;
C) 50 Om;
D) 60 Om;
E) 70 Om;
249. Bina və qurğuları ildırımdan qorumaq üçün istifadə edilən ildırım ötürücülər neçə hissədən ibarətdir?
A) 3 hissədən;
B) 2 hissədən;
C) 1 hissədən;
D) 4 hissədən;
E) 5 hissədən;
250. İldırımdan qorunma tədbirlərinə görə bina və tikintilər neçə kateqoriyaya bölünür?
A) III kateqoriya;
B) II kateqoriya;
C) IV kateqoriya;
D) V kateqoriya;
E) VI kateqoriya.
Dostları ilə paylaş: |