273. Oxlu kranların aşmaması üçün hansı qurğulardan istifadə edilir?
A) Yükün ağırlığını tənzimləyən qurğulardan;
B) Qoruyucu qurğulardan;
C) Kəsici qurğulardan;
D) İstismar qurğularından;
E) Yuyucu qurğulardan.
274. Yükqaldırma nəqletmə maşınlarını müvazinətlə (dayanıqlı) saxlayan qüvvələr hansılardır?
A) Maşının və əks yükün ağırlığının təsiri;
B) Küləyin təsiri;
C) Yolun əyriliyindən əmələ gələn qüvvə;
D) Maşının aşmasına çalışan qüvvə;
E) Qaldırıcı yükün ağırlığı.
275. İnşaat norma və qaydalarına görə binaların neçə odadavamlıq dərəcəsi var?
A) 5 odadavamlıq dərəcəsi;
B) 4 odadavamlıq dərəcəsi;
C) 6 odadavamlıq dərəcəsi;
D) 3 odadavamlıq dərəcəsi;
E) 7 odadavamlıq dərəcəsi.
276. Aşınma momentini təyin etmək üçün dayanıqlığın ehtiyat əmsalı (Kd) neçə təyin edilir?
A)
B)
C)
D)
E) .
277. Yükqaldırıcı maşınlar iş yerində quraşdırıldıqdan sonra hansı yoxlamadan keçirilməlidir?
A) Texniki yoxlamadan;
B) Statik yoxlamadan;
C) Dinamik yoxlamadan;
D) Statik və dinamik yoxlamadan;
E) Yükqaldırma qabiliyyətini yoxlamadan.
278. İşçi təzyiqi neçə MPa – dan yüksək olanda qurğu və qabların təhlükəsiz istismarına Dövlət daq texniki nəzarətin müfəttişliyi tərəfindən nəzarət edilir?
A) 0,07 MPa;
B) 0,007 MPa;
C) 0,7 MPa;
D) 0,75 MPa;
E) 0,075 MPa.
Dostları ilə paylaş: |