Əməyin mühafizəsi



Yüklə 20,57 Kb.
tarix07.06.2018
ölçüsü20,57 Kb.
#52960


Əməyin mühafizəsi” fənn proqraminın

İzahat vərəqi

Bu proqramda verilən materiallar hər tədris qrupu tərəfindən mütləq yerinə yetirilməli olan dövlət sənədidir.Tədris prosesində proqramın ayrı-ayrı mövzularına ayrılmış saatların miqdarı və öyrənilməsi ardıcıllığı hökmən nəzərə alınmalıdır.

Fənnin məqsədi şagirdlərə “Əməyin mühafizəsi”sahəsində olan anlayışlar haqqında biliklərin verilməsidir ki,bu da şagirdlərin ixtisaslara dərindən yiyələnmələrinə imkan verir.Müəllimlərə məsləhət görülür ki,təlimin ən müasir forma və metodlarından geniş istifadə etməklə proqram materiallarının yüksək səviyyədə tədrisinə nail olsunlar.

Proqram ilk peşə-ixtisas təhsili müəssisələrinin bir qrup təcrübəli müəllimləri ilə müzakirə edilib bəyənilmişdir.



Əməyin mühafizəsi fənninin

Mövzular planı

Sıra №-si

Mövzuların adı

Saatların miqdarı

1.

Əməyin mühafizəsinin hüquqi və təşkilati əsasları


6

2.

İstehsalat sanitariyası və əmək gigiyenasının əsasları.Tibbi müayinələr


6

3.

Sökmə-yığma və çilingər-təmir işləri üzrə əməyin təhlükəsizliyi


10

4.

Yanğından mühafizənin əsasları


7

5.

Elektrikdən mühafizənin əsasları


7

6.

Ətraf mühitin mühafizəsi

2




Cəmi:

38

Əməyin mühafizəsi”fənninin nümunəvi tədris

PROQRAMI

Mövzu 1. Əməyin mühafizəsinin hüquqi və təşkilati əsasları.

Əmək mühafizəsi haqqında əsas hüquqi aktlar. Azərbaycan Respublikasının Konstitusiyasında əmək mühafizəsi məsələləri,əmək mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığı haqqında qanun,yanğın təhlükəsizliyi haqqında qanun,əmək qabiliyyətini itrməyə səbəb olan istehsalat travmaları (zədəalmalar) və peşə xəstəlikləri ilə əlaqədar Azərbaycan Dövlət Sosial Sığortası haqqında qanun.



Mövzu 2.Əmək təhlükəsizliyi standartları

Əmək təhlükəsizliyi standartları sisteminin əsasları. Qrxulu və zərərli istehsalat faktlarının kənarlaşdırılması. İşçilər üçün effekli müdafiə vasitələrinin yaradılması. İstehsalat sahəsi standartları.



Daxili əmək intizamı qaydaları. İşçilərin iş vaxtı müəsisədə əməyin mühafizəsi hüquqları, çətin və zərərli iş şəraitinə görə təminat və kompensasiyalar. Yeniyetmələrin və qadınların əməyinin mühafizəsi. İşçilərin kollektiv və fərdi müdafiə vasitələri ilə təmin olunması qaydaları.

Mövzu 2. İstehsalat sanitariyası və əmək gigiyenasının əsasları. Tibbi müayinələri

İstehsalat sanitariyası, anlayışı-təşkilatı, gigiyenik və texniki sanitariya tədbirləri sistemi kimi.Zərərli istehsalat faktorları (səs-küy, silkələnmələr, ionlaşma, şüalanma və s.), əsas zərərli maddələr və onların insan orqanizminə təsirləri. Müalicə-profilaktiki qidalanma. Təmirçi çilingər peşəsinə uyğun əməyin əsas gigiyenik xüsusiyyətləri. Tədris, istehsalat və məişət binalarının qızdırılmasına, havanın dəyişdirilməsinə və normaya (standarta) uyğunlaşdırılmasına qoyulan tələblər.

Qızdırma və havanı təmizləmə (ventilyasiya) sistemlərinin istismarı qaydaları. Işçilərin məişət-sanitar təminatı. Tibbi müayinələr, onların keçirilməsi qaydaları.

İstehsalat zədələnmələri və peşə xəstəliklərinin profilaktikası. Müəssisənin əmək şəraitinin qısa sanitariya-gigiyena xarakteristikası. Müəssisədə işçilərə tibbi və sanitar xidməti.

İşçilərin sağlamlığına təhlükəli və ziyanlı təsir göstərən istehsalat faktorlarına qarşı əsas profilaktiv tədbirlər:

-Texnologiyanın yaxşılaşdırılması ilə əlaqədar olan tədbirlər;

-Sanitar-texniki tədbirlər (ventilyasiya,işıqlandırma və s.);

-Tibbi-profilaktiv tədbirlər (tibbi müayinəsi,sanitar-məişət xidməti və s.);

Bədbəxt hadisələr zamanı ilk tibbi yardım.
Mövzu 3. Sökmə- yığma və çilingər- təmir işləri üzrə əməyin təhlükəsizliyi

Maşınların təmiri və texniki qulluq zamanı zərərli və təhlükəli işlər. Sökmə-yığma,çilingər-təmir,nizamlama işlərində və həmçinin təmir və texniki qulluq üçün alət və texniki vasitələrdən istifadə edərkən iş yerlərində təhlükəsizlik tədbirləri. Sökmə,yığma yuma,aqreqat və detalların təmiri üzrə, həmçinin yağla doldurma işlərində təhlükəsizlik tədbirləri. Yonma və deşmə dəzgahlarından və yuma maşınlarından istifadə edərkən əməyin mühafizəsi. Fərdi mühafizə vasitələri.



Mövzu 4. Yanğından mühafizənin əsasları

Yanğının əmələ gəlməsinin xarakterik səbəbləri: İş yerinin düzgün təşkil edilməsində yol verilən nöqsanlar, yanğın törədə biləcək avadanlıqları, qızdırıcı sistemlərin qanunsuz istismarı, tez alışan maddələrin saxlanması və s. Yanğın zamanı əhalinin təxliyə edilməsi (köçürülməsi). Yanğının söndürülməsi üçün lazım olan materiallar və avadanlıqlar. Müəssisələrdə yanğından mühafizənin təşkili.

Mövzu 5. Elektrik mühafizəsinin əsasları

Elektrik cərəyanının insan orqanizminə təsiri. Elektrik cərəyanından zədələnmənin fəsadları. Elektrik zədələnmə dərəcəsinə təsir edən faktorlar, gərginliyin miqdarı, cərəyanın tezliyi, təsir yolu və müddəti, insanın fiziki vəziyyəti, havanın rütubəti, zərərçəkənin elektrik cərəyanının təsirindən azad edilməsi metodları. İşçilərin elektrik cərəyanından mühafizəsinə məruz qalmaları baxımından istehsalat sahələrinin təşkili. Elektrik maşınlarının işə buraxma qaydaları. Elektrik qurğularında kollektiv və fərdi mühafizə vasitələri. Ehtiyatlandırıcı yazılar, plakatlar və qurğular. Statistik elektrikləşmədən müdafiə, bina və tikililərin ildırımdan mühafizəsi. Tufan zamanı özünüaparma qaydaları.



Mövzu 6. Ətraf mühitin mühafizəsi

Ətraf mühitin mühafizəsində qarşıda duran vəzifələr. Azərbaycan Respublikası Konstitusiyasında ətraf mühafizəsi haqqında. Ətraf mühitin mühafizəsinə cavabdeh nazirlik və təşkilatlar. Respublikada ətraf mühitin mühafizəsinin təşkili. Havanın, torpağın, su mənbələrinin, bitkilərin və heyvanların mühafizəsi. Ətraf mühitin çirklənməsinin xarakteristikası. Ətraf mühitin mühafizəsi işində peşəkar, məsul şəxslər və personallar.
Yüklə 20,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin